Dünyanın ən çox qazanan idmançıları - Forbes


Dünyanın ən çox maaş alan idmançılarının adları açıqlanıb.

dunyanin-en-cox-qazanan-idmancilari
17.10.2023 20:07 1 dəq oxuma

Dünyanın ən çox oxunan jurnallarından biri olan "Forbes” 2023-cü ildə idman sahəsində ən çox qazanan idmançıların adlarını açıqlayıb. 

"Forbes” 2023-cü ilin ən çox qazanan idmançıları siyahısında ilk 3 yerdə məşhur futbolçuların adlarını qeyd edib.  Birinci yerdə 247 milyon avro qazanc ilə Kriştiano Ronaldodur.  Lionel Messi 128 milyon avro ilə ikinci, Neymar isə 106 milyon avro ilə siyahıda üçüncüdür.

Sıralamada ilk beşlikdə yer alan digər idmançılar Amerika Basketbol Liqasının (NBA) komandalarından olan "Los Angeles Lakers”ın ulduzu LeBron Ceyms (119,5 milyon dollar) və "Kanelo” ləqəbli meksikalı boksçu Saul Alvares (110 milyon dollar) olub. 

Ötən il tennisdən uzaqlaşmasına baxmayaraq İsveçrəli Rocer Federer 95,1 milyon dollar gəlirlə siyahıda ilk onluqda qərarlaşıb.

Harri Kane,Sadio Mane, Mohamed Salah, Karim Benzema da bu idmançılar sırasına düşməyi bacarıb. 

TurpKimi.com