Tərkibindəki vitaminlər çox üstündür.
Aparılan ən son araşdırmalara görə, elm xadimləri dünyanın ən faydalı qidasını seçib. Həm sağlam olmanıza, həm də arıqlamanıza kömək edən bu qidanın gündəlik ehtiyac duyduğumuz vitaminləri qarşıladığı məlum olub. Bu badamdır.
TurpKimi.com badamın dünyanın ən yaxşı qidası seçilməsinin 4 səbəbini təqdim edir:
1 - Arıqlamaq üçün mükəmməl çərəzdir
Dünyanın ən yaxşı qidası olaraq seçilən badam arıqlamağa kömək etdiyi sübut olunub. Badam hər nə qədər yüksək kalorili və yağlı bir qida kimi görünsə də, olduqca doyurucudur. İşlənmiş karbohidratların yerinə badam yesəniz, aşağı kalorili xüsusiyyəti ilə orqanizminizə fayda verəcəkdir.
2 – Kompleks qidadır
Bir ovuc badam 163 kaloridi və tərkibində zeytun yağında olan sağlam doymamış yağlar var. 3,4 qramında omega 3 kimi çoxlu miqdarda doymamış yağ, 6 qram protein və 3,5 qram lif var. Ona görə də badam ürəkdəki problemlərlə və xolestrolla mübarizə aparan çərəzdir.
3 – Antioksidantlarla doludur
Hər bir badamın tərkibində çoxlu miqdarda antioksidant var, xüsusilə də çiy badam yemək orqanizm üçün çox faydalıdır. Mütəxəssislər çiy badam yeməklə gündəlik həyatımızda yaşadığımız stressi azaltdığını bildirir. Antioksidantlar orqanizmdə olan LDL (pis) xolestrolun iltihablanması ilə mübarizə aparır. Badam bu mövzuda böyük rol oynayır.
4 – Yüksək miqdarda maqnezium qaynağıdır
Bir ovuc badam gündəlik maqneziuma olan ehtiyacın 20 faizini ödəyir. Orqanizmdəki maqnezium əskikliyini badam yeyərək doldura bilərsiniz.
Firuzə Alimova / TurpKimi.com