Hər gün bu zəhərli qidaları yeyirik.
Sağlam və zərərli qidalarla bağlı aparılan yeni araşdırmanın nəticələri insanı vahiməyə salır. Çünki siyahıda təqdim edilən qidalar hər gün insanların ən çox və tez-tez yediyi qidalardır. Sadəcə ləzzətli olduğu üçün yediyiniz bu qidaların sizi yavaş-yavaş zəhərlədiyini bilirsinizmi?
TurpKimi.com orqanizmi zəhərləyən qidaların siyahısını təqdim edir:
1 - Qəhvə kremi – tərkibində zərərli olan titan dioksidi, trans yağ və şəkər var.
2 - Çipsi – tərkibində zərərli olan natrium qlutamat var.
3 – Konservləşdirilmiş şorba – zərərli natrium qlutamat var.
4 – Süni şokoladla bəzədilmiş məhsullar – tərkibində zərərli olan “polisorbat 60” maddəsi var.
5 – Mikrodalğalı sobada hazırlanmış popkorn – tərkibində trans yağlar var.
6 – Ağ şəkər tozu
7 – İşlənmiş Somon balığı – tərkibində PCB (polixlorlu bifenil) var.
8 – Muffin – tərkibində zərərli olan soya yağı, yüksək fruktozalı qarğıdalı siropu və trans yağlar var.
9 – Marqarin – kalium sorbat, trans yağ, soya yağı və qida boyası kimi zərərli tərkibə malikdir.
10 – Sosiska – tərkibində zərərli olan yüksək miqdarda duz, “Orange B” adlı qida boyası var.
11 – Dadlandırıcı – zərərli sukraloz var.
12 – Ağ un – tərkibində zərərli olan xlor dioksid var.
13 – Qurudulmuş meyvələr – tərkibində zərərli olan sulfid var.
14 – Dondurulmuş balıq və dəniz məhsulları – tərkibində zərərli olan tred-butil hidroksinon var.
15 – Turşu – tərkibində zərərli olan yüksək miqdarda duz və kalium-benzoat (qoruyucu qatqı maddə) var.
16 – Duz
17 – Şirin səhər kukuruzları – tərkibində işlənmiş karbohidrat və şəkər var.
18 – Dondurma – tərkibində zərərli olan soya yağı, titan dioksidi və süni rəngləndirici var.
19 – Şirniyyatlar – tərkibində zərərli olan süni boya, həddən çox şəkər və doymuş yağ var.
20 – Həddən çox yağda qızardılmış yeməklər – tərkibində zərərli hindrogenləşdirilmiş yağ var.
21 – Dondurulmuş qidalar – zərərli natrium və trans yağlar var.
22 – Bulyon kubiklər – tərkibində zərəli olan natrium qlutamat var.
23 – İşlənmiş ət – nitrat və çoxlu duz...
24 – Jele – şəkər, qida boyası və pektin...
25 – Qranola çubukları – şəkər, qarğıdalı siropu, sorbitol (süni dadlandırıcı), soya yağı və BHT.
Firuzə Alimova / TurpKimi.com