Dünyanın ən maraqlı məlumatları - Kişilər ömürlərinin 3350 saatını...


Dünyada qəribə məlumatlar çoxdur. Hər dəfə də qarşımıza çıxdıqca oxuyub heyrətə gəlirik.

dunyanin-en-maraqli-melumatlari
27.04.2021 12:31 2 dəq oxuma

TurpKimi.com qəribə və qeyri-adi məlumatları bir yerə toplayaraq oxucularına təqdim edir:

- Dünyaca məşhur rəssam Pablo Pikasso pulsuz qaldığı  gənclik günlərində çəkdiyi  şəkilləri yandıraraq isinirmiş. 

- Albert Eynşteyn doqquz yaşına qədər düz danışa bilməmişdi.

- Amerikada hər saatda 40 adam xərçəngdən həyatini itirir.

- Bir şüşə qırıldığında parçalanan hissələr saatda üç min millik  ( 1 mil-1.6 km-dir)  sürətlə ətrafa saçılır.

- Amerikanın 35-ci prezidenti Con Kennedi  20  dəqiqədə 4 qəzet oxuya bilirdi.

- Tarix boyu yer üzündə tapılan qızıldan 200 dəfə daha çoxu okeanlarda saxlanılır.

- Amerika hava yolları uçuşlarda sərnişinlərə hazırladığı  naharlarda hər nimçədən bir zeytunu götürərək 1987-ci ildə 40 min dollar qazanc əldə edib.

- Açıq  gecədə adi  gözlə iki min fərqli ulduzu görmək mümkündür.

- ABŞ-da yaşları 20 ilə 29 arasında olan zənci kişilərin üçdə biri ya həbsdə,  ya da nəzarətdə saxlanılır. 

- Amerikada satışa təqdim edilən ilk CD Bruce springsteen-in "Born en Theusa" albomudur.

- Bir insan həyatı boyu iki üzmə hovuzunu dolduracaq qədər tüpürcək ifraz edər.

- Atların insanlardan 18 dənə çox sümüyü vardır.

- Avstraliyadakı tualetlərin sifon suları saat istiqamətində axar.

- Ayı yuvalarının girişləri hər zaman şimala baxar.

- Bayquş mavi rəngi görə bilən tək quşdur.

- Bethoven musiqi bəstələməzdən əvvəl başını soyuq suya soxardı.

- Bir Big Mac hamburgerin çörəyində ortalama 178 ədəd küncüt  var.

- Bir dəvəquşunun gözü beynindən böyükdür.

- 18 Fevral 1979-cu ildə Afrika  səhrasına qar yağmışdı.

- Bir kişi həyatının ortalama 3350 saatını üz qırxmaq üçün sərf edər.

 

Vüsalə Əlövsətqızı, TurpKimi.com