Dünyanın ən məşhur bu 2 şirkəti təhlükəlidir - Hər kəs istifadə edir


Milyardlar qazanan bu şirkətlər sağlamlıq üçün təhlükəlidir.

dunyanin-en-meshur-bu-2-sirketi-tehlukelidir
02.05.2019 23:33 1 dəq oxuma

Beynəlxalq İş Sağlamlığı və Təhlükəsizliyi Şurasının hesabatına görə, dünyanın ən böyük İT şirkətlərindən olan “Amazon” və “Facebook” “işçilər üçün ölkənin ən təhlükəli şirkətləri” arasında göstərilib.

TurpKimi.com bildirir ki, Beynəlxalq İş Sağlamlığı və Təhlükəsizliyi Şurasının hesabatında, ölkə miqyasında işçilər üçün ən təhlükəli şirkətlərin yer aldığı “Çirkli Dozen 2019”un siyahısı yayımlanıb.

Hesabata görə, qlobal miqyasda ən böyük İT şirkətləri arasında olan “Amazon” və “Facebook” siyahının diqqət çəkən firmaları kimi ön plana çıxıb.

Sözügedən siyahı hazırlanarkən, sağlamlıq haqqında rəy bildirən mütəxəssislərin fikirləri və baş verən hadisələr daxilində işçinin sağlamlığına təsir edən faktorlar nəzərə alınıb, risklər və təhlükəsizlik tədbirləri araşdırılıb.

Hesabatda “Facebook”un da yer almasıyla bağlı bunlar qeyd edilib:

İşçilərdən bəziləri davamlı olaraq narahatedici məzmuna məruz qalırlar. Bu səbəblə yaranan travmadan sonra stress və əsəb pozulmalarında şirkətin böyük məsuliyyəti var.

Firuzə Alimova / TurpKimi.com