Hollandiyalı analar uşağı xoşbəxt böyütməyin sirrini açıqladılar.
YUNİSEF-in apardığı araşdırmalara görə, dünyanın ən xoşbəxt uşaqları Hollandiyalı uşaqlardır.
TurpKimi.com xəbər verir ki, İnkişaf Etmiş Ölkələr arasında aparılan tədqiqatlar Hollandiyalı valideynlərin daha xoşbəxt uşaqlar böyütdüyünü üzə çıxardıb və qəti olaraq bu iqtisadi səbəblərdən asılı deyil.
Hollandiyalı valideynlərin uşağı xoşbəxt böyütməyinin sirləri bunlardır:
Yatmaqları üçün zaman verin
İstirahət etməyə fokuslanma ümumilikdə Hollandiyalı valideynlərin mədəniyyətində yer alıb. Hollandiyalı valideynlər evdə diqqət yayan əşyaların az olmağına çalışırlar. Bu, uşaqlarının daha sakit hiss etmələrinə və daha nizamlı bir yuxu proqramına sahib olmalarına köməkçi olur.
Bəzi araşdırmalar Hollandiyalı körpələrin 6 aylıqkən Amerikalı körpələrlə müqayisə edildiyində gündə 2 saat daha çox yatdığını göstərir. Körpələri daha yaxşı yatdıqları üçün Hollandiyalı valideynlər də daha yaxşı yatırlar və özlərini daha rahat hiss edirlər.
Naharda şokolad yeməkləri pis fikir deyil
Hollandiyalı analar üçün naharda şokolad yemək pis fikir deyil. Uşaqlardan gizlətdiyiniz və qadağan etdiyiniz hər şeyin onlara həmişə daha cazibədar görsənəcəyini unutmayın.
Onlara pulun əhəmiyyətli olmadığını göstərin
Hollandiyalıların əksəriyyəti daha az xərc tələb edən işlərlə məşğul olurlar. Onlar sadə həyata fokuslanıb yaşamağı sevirlər. Uşaqları ikinci əl oyuncaqlara istiqamətləndirirlər. Beləliklə uşaqların şüur altına bir şey istədikləri zaman onun üçün işləmək, mübarizə aparmaq məcburiyyətində olduqları yeridilir.
Öz fikirlərini ifadə etmələri üçün şərait yaradın
Hollandiyalı bir ailədə, ən kiçiyi də daxil olmaq üzrə hər kəsin söz demək haqqı vardır. Bəzən 3 yaşında bir uşaqla bazarlıq etməyə çalışmaq həqiqətən yorucu görsənə bilər. Bununla Hollandiyalı ailələr kiçik uşaqlara öz sərhədlərini necə qoyacaqlarını və istədiklərini dəqiq bir şəkildə ifadə etməyi öyrətdiyinə inanırlar.
Bacarıqlı uşaq xoşbəxt uşaq deməkdir
Bacarıqlı olmaq üçün uşaqlar xoşbəxt olmalı, motivasiya edilməli, müstəqil olmalı, ailələri və yoldaşları ilə müsbət bağlar qurmalıdır. Hollandiyalıların inandığı şey budur. Onlara görə, yalnız bu xoşbəxtlik duyğusu indi və gələcəkdə böyük nailiyyətlərə yol aça bilər.
Hollandiyalı valideynlər uşaqlarının hər birini özünə xas güclü və zəif istiqamətlərinə sahib fərdlər kimi görər və əsla öz dəyərlərini və xəyallarını uşaqlarına təlqin etməyə çalışmazlar.
Vüsalə Əlövsətqızı, TurpKimi.com