Dünyanın ən yaşlı atasının həyatına söndürə bilmədiyi siqaret son qoydu.
Dünyanın ən yaşlı atası kimi rekord qıran Ramjeet Ragav 104 yaşında yatağına düşən siqaretdən faciəvi şəkildə dünyasını dəyişib.
TurpKimi.com xəbər verir ki, Hindistanda 94 yaşında və 96 yaşında ata olan Ramjeet Ragav düz 2 dəfə dünyanın ən yaşlı atası rekordunu qırıb.
Həyat yoldaşı 60 yaşında olan Ragav güləşçi imiş və özünü gümrah hiss edirmiş.
Ragavın 2008-ci ildə doğulan ilk oğlu 2013-cü ildə anasının qucağından qaçırılıb. Qısa müddət sonra yoldaşı da kiçik oğluyla birlikdə evi tərk edib.
Ramjeet "Hara getdiklərini bilmirəm, evə gəldiyimdə yoldaşım və oğlum getmişdi. Normalda yaxşı qidalanıram, amma indi stressdən yeyə bilmirəm. Uşaqlarım üçün darıxıram, ölməyin daha yaxşı olduğunu düşünürəm" demişdi.
104 yaşlı Ragav evində çəkdiyi siqareti söndürməyib və yatağı alovlanıb. Kömək çağıran qocanın imdadına qonşular çatıb. Aldığı ağır xəsarətdən həkimlər həyatını xilas edə bilməyiblər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com