Dünyanın ilk ağıllı prezervativi - USB, bluetooth bağlantısı belə var


Yataq otağının geyilə bilən cihazı...

dunyanin-ilk-agilli-prezervativi
20.06.2019 01:25 1 dəq oxuma

İngiliz şirkəti ağıllı prezervativ hazırlayıb.

Daily Mail-də yer alan xəbərdə, iddiaya görə ağıllı prezervativlər kişinin cinsi əlaqə zamanı nə qədər kalori sərf etdiyini, cinsi yolla keçən infeksiyaları ölçə bilir.

Yataq otağının ilk geyilə bilən texnoloji məhsulu “İ.Con” adlı prezervativlər cinsi əlaqə zamanı əldə edilən məlumaları digər insanların informasiyaları ilə müqayisə edə bilmə imkanına malikdir. Yəni kişilərin cinsi bacarıqlarını dəyərləndirəcək bütün sitatistikalar cihazda toplanır.

Məlumatlar arasında cinsi əlaqənin müddəti, yandırılan kilo kalori, həmçinin cinsi yolla keçən xlamidiya və sifliz infeksiyalarını aşkar etmək kimi bir çox informasiyaları əldə etmək mümkündür. Lakin cihazın etibarlı yerdə saxlanılması lazımdır.

Satışa çıxarılar-çıxarılmaz artıq 96 min insan məhsul üçün sifariş verib. 59.99 avroya satılan cihazın zərif və suya dayanıqlı olduğu bildirilir. Hətta USB bağlantısı olan prezervativ 6-8 saat ərzində enerji toplayır.

Lakin mütəxəssislərin ağıllı prezervativlərlə bağlı xəbərdarlığı da var. Belə ki digər ağıllı cihazlarda olduğu kimi bu yeni texnologiyanın da çox asanlıqla haker hücumuna məruz qalma təhlükəsi vardır.

Firuzə Alimova / TurpKimi.com