Dünyanın ilk elektrikli yolu İsveçdə açılacaq - FOTO


Elektrikli avtomobillər üçün...

dunyanin-ilk-elektrikli-yolu-isvecde-acilacaq
13.05.2023 00:59 1 dəq oxuma

Tədqiqatçılar elektrikli avtomobillərin enerji yığmasını reallaşdıra biləcək bir üsul təqdim ediblər.

TurpKimi.com xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin simsiz elektrikli avtomobilin enerji doldurma texnologiyası üzrə provayderi “Electreon”un açıqlamasına görə, bu texnologiya tezliklə ABŞ yollarında istifadə olunacaq. İsveç, İsrail və İtaliyada buna oxşar yolların artıq sınaqdan keçirildiyi də vurğulanıb.

Məlumata görə, İsveç 2025-ci ildə E20 magistral yolundan başlayaraq 2035-ci ilə qədər ümumi uzunluğu 3000 kilometr olan elektrikli yol inşa edəcək.

Belə ki, ERS və ya “elektrik yol sistemi'” elektrikli nəqliyyat vasitələrinə şarj stansiyalarında dayanmadan daha çox məsafə qət etməyə imkan verəcək.

Böyük plan çərçivəsində İsveçdə 3000 kilometrdən çox yolun elektrikləşdirilmiş yollara çevrilməsi planlaşdırılır. E20 isə bu planın birinci mərhələsi olacaq.

İnduktiv şarj adlanan yeni texnologiya elektriklə işləyən avtomobilləri hərəkətdə və ya istirahətdə enerji ilə dolduracaq.

Bu proses yolun altına basdırılmış metal rulonlardan maqnit tezliyini nəqliyyat vasitələrinin altında yerləşən bəzi xüsusi qəbuledicilərə ötürməklə işləyəcək.

Firuzə Alimova / TurpKimi.com