Duş kabinini su ləkələri və ərpdən təmizləmək üçün ən ideal vasitə


Duş kabinlərini təmizləmək çimmək qədər zövq vermir. Hamam otağında aynaları parıldatmaq üçün az qala 1-2 saat vaxt sərf edilir. 

dus-kabinini-su-lekeleri-ve-erpden-temizlemek-ucun-en-ideal-vasite
23.05.2023 22:11 2 dəq oxuma

Müxtəlif kimyəvi təmizləyici vasitələr insanların çoxunda allergik reaaksiyalara və dəri problemlərinə yol aça bilir. 
Həssas insanlar üçün ev təmizliyində istifadə edəcəyiniz super qarışıq sizin həm sağlamlığınız üçün, həm də cibiniz üçün faydalı olacaq. 

TurpKimi.com həmin qarışığın hazırlanma qaydasını təqdim edir.  

Bir çox sahədə istifadə edilən sirkə təbii ki,  təmizlikdə də işimizə yarıyır.  Sirkə tək halda belə istifadə edildikdə gözəl təmizlik vasitəsidir. Bunu bir də soda ilə birləşdirəndə duş kabinləriniz tərtəmiz ayna kimi parlayacaq.

Kiçik bir qabın içərisinə bir fincan sodium-karbonat, yəni soda tökün və üzərinə homogen, yəni bircinsli qarışıq alınana kimi sirkə tökün. Qarışdırdıqdan sonra süngərin köməkliyi ilə ləkəli yerə sürtün. 15 dəqiqə saxladıqdan sonra  yuyub qurulayın. Beləcə duş kabinləriniz həm dərininə təmizlənmiş olacaq,  həm də hər zamankından daha gec çirklənəcək.

Limon duzu

Limon duzunu ərplənmiş çaydanın içinə töküb su qarışıq qaynatdıqda çaydanın içi daşlardan və ərplərdən təmizlənir. Duş kabinləri üçün də limon duzu parladıcı və ərp sökücüdür. 

Duş kabinini dərindən təmizləmək üçün sizə lazımdır: 4 çay qaşığı limon duzu,  1 stəkan su  və sprey şüşə. 

Limon duzu  və suyu yaxşıca qarışdırın və sprey şüşəsinə tökün. Bu məhluldan şüşəsilən   təmizləyicilər kimi istifadə edin və sonda kabini durulayın,  quru bezlə  ləkə qalmayacaq şəkildə silin. Hamam otağını ərp  ləkələrindən təmizləmək bu qədər asandır!

Həm əlləriniz kimyəvi vasitələrlə  korlanmayacaq,  həm də cibinizə qənaət etmiş olacaqsınız.

Qeyri təbii üsullardan biri isə diş pastasından istifadə etməkdir. Təmizlikdə geniş istfadə edilən diş pastasını ləkəli hissələrə sürtün və gözləyin. Sonra yuyub durulayın və silin. Aynalar par-par parlayacaq. 

Çox çirkli və kirəcli kabinləri yuyucu toz qarışdırılmış  su qarışığı ilə  təmizləmək olar. Sprey şüşəsinə töküb püskürdərəq istifadə edə bilərsiz. Qab şampunu da işinizə yarayacaq.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com