Duyğuların da xəstəliklər kimi yoluxucu olduğunu bilirdinizmi? İnsanlar ətraflarındakı insanların duyğularından təsirlənə bilərlər.
TurpKimi.com yoluxucu olan 4 duyğudan yazacaq.
Nikbinlik
Nikbinlik əsasən, yoluxucu bir duyğudur. Pozitiv insanlar adətən ətrafa işıq saçırlar. Pessimist insanlar isə "enerji vampir"i kimi tanınırlar.
Mərhəmət
Bir-birimizə mərhəmət və sevgi ilə bağlıyıq. Bu hissi başqa insanlarda da görəndə xoşbəxt olarıq. Birindən yaxşılıq gördükdə, sən də yaxşılıq etmək məcburiyyətində olursan.
Qəhqəhə
2006-ci ildə aparılan təcrübələrə əsasən qəhqəhə yoluxucudur. Söhbətin məzmununu bilməsəniz belə, beyniniz gülüş səsinə avtomatik olaraq cavab verir və üz əzələlərinizi gülümsəməyə hazırlayır.
Sevinc
Əhvalınızmı korlanıb? Şən dostlarınızın əhatəsində olun. İnsanların sevinci, ətraflarındakı ən yaxın insanlara görə dəyişir. Ətrafınızda xoşbəxt insanlar varsa, siz də özünüzü daha xoşbəxt hiss edərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com