Sınamağa dəyər...
Süfrələrimizin şahı olan düyünün saçlar üzərində yaratdığı möcüzədən heç xəbəriniz var idi?
TurpKimi.com düyü suyu ilə saçuzatma reseptini təqdim edir:
Bunun üçün bizə 1 litr su, bir stəkan düyü, geniş bir qab, süzgəc və sprey qabı lazımdır.
HAZIRLANMASI: bir stəkan bişməmiş düyünü yaxşıca yuyun. Daha sonra düyüləri bir litr su ilə dolu qabın içərisinə qoyun. Bir gün ərzində qaranlıq yerdə saxlayın. Sonra düyü suyunu süüb sprey qabına tökün və saçlarınıza vurun. Bu üsulu həftədə ən azı 4-5 dəfə etsəniz, bir ay ərzində saçlarınızın gözlə görüləcək dərəcədə uzandığını görəcəksiniz. Bundan başqa, düyü suyu sadəcə saçları uzatmır, həm də parlaqlıq verir, canlanmasına kömək edir.
Firuzə Alimova / TurpKimi.com