Duz və şəkərdən bir yerdə belə istifadə edin - Təəccüblənəcəksiz


Duz və şəkəri gün keçdikcə süfrələrimizdən yığışdırmağa çalışırıq. Ancaq hər ikisinin də günlük həyatımızda istifadəsi mümkündür.

duz-ve-sekerden-bir-yerde-bele-istifade-edin
14.04.2019 22:23 2 dəq oxuma

Keyfiyyətli və uzun ömürlü həyat yaşamağı hədəfləyən insanlar bu iki maddədən istifadə edərkən demək olar ki, qramla hesablamağa başlayıblar. Duz və şəkərin dad vermək və yeməklərimizi ləzzətli etməklə yanaşı, başqa faydaları da var. Bu iki ağ düşməni yeməklərinizdən kənarlaşdıra bilərsiniz, ancaq bu onların möcüzəvi faydalarını da yox saymağımız mənasını vermir.

TurpKimi.com duz və şəkərin faydalarını təqdim edir:

- Parladın…

Evlərinizi bəzəyən çiçək və güllərin daim canlı qalması üçün edəcəyiniz bu üsul çox sadədir. 3 çay qaşığı şəkər tozu və 2 çay qaşığı sirkəni isti suya əlavə edin, şəkər tozu həll olunana qədər qarışdırın. Suyun ilıq olması üçün bir az gözləyin və çiçəklərinizi bu suya qoyun.

-Çəmənlər yamyaşıl olsun…

Çəmənliklər yaşıl rəngin canlılığı hesabına gözəl görünürlər. Bağçanızdakı çəmənliklərin canlı saxlanmasının son dərəcə təbii və ucuz bir yolu var. Bunun üçün ilıq suya bol miqdarda şəkər tozu əlavə edin və tamamilə əriməsinə izin vermədən (qatı ikən) bu qarışığı çəmənliklərə tökün. Təqribən 1-2 saat saxladıqdan sonra qarışım təmizlənənə kimi çəmənliyi sulayın. Bundan sonra daha canlı və parlaq bağçanız olacaq.

- Peyvənd yeri ağrıtmasın…

Aparılan araşdırmalar qəribə bir həqiqəti ortaya çıxarıb. Araşdırmanın nəticələrinə görə, peyvənd olmadan əvvəl şəkərli su içizdirilən bir yaşından balaca uşaqlar, içizdirilməyənlərə görə peyvənd zamanı daha az ağrı hiss edirlər.

-Yumurtanın təzə olub-olmadığını duzdan soruşun…

Bir qaba bol miqdarda su qoyun və duz əlavə edin. Çiy şəkildə yumurtalarınızı bu suya qoyduğunuz zaman üstə qalanlar köhnə, suyun dibinə çökənlər isə təzədir. Yumurtanın suyun dibinə çökməsi onun xarab olması mənasına gəlməz. Belə olan halda həll yolu sadəcə suyun dibinə çökən yumurtanı tez istifadə etməkdir.

Firuzə Alimova / TurpKimi.com