Duzlu suyun üz dərisinə faydaları - 1 həftəyə nəticəsini görəcəksiniz


1 həftəyə mükəmməl nəticə...

duzlu-suyun-uz-derisine-faydalari
25.01.2022 01:15 2 dəq oxuma

Hələ qədim zamanlarda üz dərisinin gözəlliyi üçün duzdan istifadə edilirdi. Lakin üzə qulluqla bağlı digər vasitələr yarandıqca bu üsul unuduldu. İndi bir çox qadın təbii vasitələrə müraciət edir. Belə ki duz üz dərisinə qulluq üçün birinci və ən uğurlu məhsullardan biri sayılır.

Duzdan üz dərisi üçün necə istifadə edilir?

Çox sadədir! Bir qaşıq duzu 100 ml suda qarışdırın, həmin suyla üzünü yuyun və qurulamayın. Məhlul üzünüzdə quruyana kimi qalsın. Duzlu suyu üzünüzdə bütün gecə boyu və ya gündüzlər yarım saat saxlaya bilərsiniz. Daha sonra məhlulu buzlu su kubikləri ilə üzünüzdən silin. Hər səhər üzünüzü belə yusanız artıq bir həftədən sonra nəzərə çarpacaq dərəcədə mükəmməl nəticəni görəcəksiniz.

Nələrə faydalıdır?

Bu məhlul dərinizdə içi dolu məsamələrin təmizlənməsinə, dərinin parıldamasına, burun və çənə ətrafında yaranmış qara nöqtələrin təmizlənməsinə kömək edəcək.

Qeyd edək ki, üz dəriniz həssasdırsa və kapilyarlar dəri səthinə çox yaxın yerləşirsə, duzlu sudan istifadə etməyiniz məsləhətli deyil.

- Üzünüzü davamlı olaraq duzlu su ilə yuduqdan sonra dərinizin qalın olduğunu və xırda sızanaqların getdiyini gözərəksiniz. Bu tətbiqdən sonra dəri hiss ediləcək dərəcədə yüngülləşərək parıldayır.

- Duz dərini qurumaqdan çox gözəl qoruyur. 1 ay istifadə etdikdən sonra qadınlar artıq nəmləndirici kremlərdən əvvəlki kimi çox istifadə etməyə ehtiyaclarının olmadığını hiss edirlər.

- Üz üçün duzlu vanna, təkcə sızanaqları deyil, üzdəki yorğunluq və şişkinliyi də aradan qaldırır. Bəzən stress və gərgin iş mühitindən sonra üz əzələlərini heç cür rahatlatmaq olmur? Duz kömək edəcək. Bu üsuldan istifadə edənlər iddia edirlər ki, üzdəki cizgilər belə yumşalır.

- Əgər qurumuş dodaqlardan əziyyət çəkirsinizsə, duzlu su burda da köməyinizə gələcək. Çünki üzünüzü yuyarkən duzlu su dodaqlarınıza da təmas edərək problemi aradan qaldıracaq..

- Duz damarların gücləndirilməsində ideal vasitədir. Həmçinin üz dərisinin gəncləşməsinə güclü təsir göstərir.

- Üz dərisini duzlu suyla yumaqla yanaşı təmizləmək də (pilinq etmək) olar. Bu zaman məhlula yağ əlavə edilir. Pilinq zamanı etdiyiniz əl hərəkətləri üzün gimnastikasıdır. Bu isə dərinin cavanlaşmasına və elastikliyinə səbəb olur.

Yazılıb: 10.05.2019-cu ildə

Firuzə Alimova / TurpKimi.com