“E” əlavələrin qidalara tətbiqi təhlükəlidirmi?


Siz necə, alimin fikriylə razısınız?

e-elavelerin-qidalara-tetbiqi-tehlukelidirmi
04.01.2022 14:03 1 dəq oxuma

Mağazada keyfiyyətli məhsul seçərkən “E”lərə deyil, istehsal tarixinə, saxlama şəraitinə və saxlama müddətinə diqqət yetirmək lazımdır.

Bu barədə Rusiyanın Qidalanma, Biotexnologiya və Qida Təhlükəsizliyi Federal Tədqiqat Mərkəzinin Qida Kimyası Laboratoriyasının rəhbəri Vladimir Bessonov bildirib.

Cəmiyyətdə belə bir mif var ki, qidaların tərkibinə daxil olan əlavələr, boyalar, essensiyalar sağlamlığa zərərlidir. Bəziləri tərkibi ətraflı öyrənirlər və ikidən çox “E” olarsa, almırlar.

Alim hesab edir ki, istehlakçılar “E” əlavələr axtarmaq əvəzinə daha vacib parametrlərə diqqət yetirməlidirlər. Onun sözlərinə görə, özlüyündə qida əlavələrinin olması hələ ki, narahatlığa səbəb deyil.

Bessonov evdar qadınların mətbəxdə sirkəni soda ilə (E260 və E500) qarışdıraraq E262-ni özləri yaratmalarını misal çəkib.

Onun sözlərinə görə, hər zaman dad və qida əlavələri məhsulların içərisində yerləşdirilib, lakin heç də həmişə etiketdə göstərilməyib.

“Bütün qida əlavələrinin 99 faizi təbii olaraq qida emalından əldə edilir. Xüsusilə limon turşusu (E330) limondan hazırlanır”, - deyə mütəxəssis əlavə edib.

Mənbə: Praym / Oxu.az