Ədviyyatları necə saxlayaq ki, xarab olmasın?


Bəzi üsullarla ədviyyatların uzun müddət təzə qalmağını təmin etmək mümkündür.

edviyyatlari-nece-saxlayaq-ki-xarab-olmasin
15.01.2020 22:00 2 dəq oxuma

Yeməklərə ləzzət qatan ədviyyatlar uzun müddət istifadə edilir. Bu səbəblə ədviyyatların xarab olmaması, keyfiyyətini, dadını saxlaması, qurdlamaması üçün düzgün saxlamaq qaydasını bilmək lazımdır.

TurpKimi.com  ədviyyatlardan təzəliyini qoruyaraq istifadə edə bilmək üçün bəzi ipucları təqdim edir:

Hava keçirməyən saxlama qabları

Ədviyyatların hava ilə təmas etməsi tez xarab olmasına səbəb olur. Hava keçirməyən ədviyyat qablarında onların  uzun müddət təzə qalmağına nail ola bilərsiz. 

İşıqdan və istilikdən uzaq tutmaq

Ədviyyatlar rütubətli  və isti mühitdə tez xarab olur. Bu səbəblə ədviyyatlarınızı bağlı və sərin şəraitdə mühafizə edin.  Məsələn, yemək hazırlayarkən ədviyyatlarınızı sobaya  yaxın tutmayın, işiniz bitdiyində dərhal yerinə qoyun. Çünki sobadakı istilik ədviyyatların xarab olmasına səbəb olar. Soyuducu ədviyyatları mühafizə etmək üçün ən uyğun mühitlərdən biridir.

Şüşə qab seçməyin

İşıq ədviyyatların düşməni olduğundan və şüşə qablar da işıq keçirdiyindən ondan uzaq durun. İşıq keçirməyən saxsı saxlama qablarını seçmək ədviyyatlarınızın daha uzun müddət təzə qalmasını təmin edər.

Təzə ot və ya ədviyyatları buzxanada saxlayın

Ədviyyatları qurutmadan, tər stifadə etməyi sevirsinizsə, istifadə müddətlərini uzatmaq üçün buzxanada  saxlaya bilərsiniz. Beləliklə, ədviyyatlarınızı uzun müddət heç xarab olmadan istifadə edə bilərsiniz.

Kilidli paketləri də seçə bilərsiniz

Buzxanada saxlamaq istəmirsinizsə, təzə ot halında olarkən  ədviyyatlarınızı kilidli paketlərdə də saxlaya biləcəyinizi unutmayın. Beləliklə, hava çəkməyəcək və uzun  müddət təzə qalacaq. Kilidli paketlərinizi işıqdan və istilikdən uzaq tutmağı da unutmayın.

Bir ildən uzun müddət  keçibsə istifadə etməyin

Ədviyyatlarınızın rəf ömrü bir ildir. Aldığınız ədviyyatı bir ildən uzun müddət istifadə etməməyə çalışın. Son istifadə tarixini qabın üzərində qeyd edin. 

Qoxusunu itirən ədviyyat xarab olur

Ədviyyatınız artıq ilk günkü kimi iy vermirsə, aroma vermirsə, deməli xarab olub. O ədviyyatı artıq istifadə etməməyə çalışın. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com