Əhaliyə dair vacib statistik göstəricilər açıqlandı


Dövlət Statistika Komitəsi 2024-cü ilə dair müxtəlif göstəricilər əsasında müəyyən statistik məlumatları paylaşıb.

ehaliye-dair-vacib-statistik-gostericiler-aciqlandi
17.01.2025 15:30 2 dəq oxuma

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

2024-cü ilin 11 ayında 3 min 90 əkiz, 117 üçəm və 4 dördəm doğulub

2024-cü  ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyini rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94 min 246 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.

Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub.

Körpələrdən 3 min 90-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulub.

2024-cü ilin 11 ayında nikahların sayı azalıb, boşanmaların sayı dəyişməyib

Ötən ilin 11 ayında nikahların sayı azalıb, boşanmaların sayı dəyişməyib

Azərbaycanda ötən ilin 11 ayında nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 min 146 nikah və 19 min 597 boşanma halları qeydə alınıb.

Məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Əhali arasında ölüm halları azalıb - STATİSTİKA

Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 53 min 645 ölüm halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,7-yə düşüb.

Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb

2024-cü ildə Azərbaycan əhalisinin nominal gəlirləri 83 milyard 093,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 6,4 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,9 % artaraq 8 144 manata çatıb.

Azərbaycanın dövlət büdcəsinin kəsiri 37 % azalıb

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib.

 Dövlət Statistika Komitəsi  xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur.

Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 %-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1 % azdır.