Əl kremini özün hazırla


Evdə öz imkanlarınızla təbii vasitələrlə əl kremi hazırlaya bilərsiniz.

el-kremini-ozun-hazirla
09.02.2024 23:17 1 dəq oxuma

TurpKimi.com əllərinizi yumşaq edən, çartlamadan qoruyan, qidalandıran və nəmləndirən əl kremi üçün lazım olan vasitələri oxucuları ilə bölüşür. 

Heç bir kimyəvi qatqı olmadan asan şəkildə hazırlamaq mümkündür. 

100 ml əl kremi üçün ehtiyacınız olan vasitələr:

50 qram kakao yağı (və ya şi yağı)
40 qram hindqozu (kokos) yağı
İstəyə bağlı olaraq bir neçə qram bal mumu
10 qram soyuq press  bitki mənşəli yağ  (çörəkotu yağı, badam yağı, zeytun yağı, arqan yağı)
2-3 damla seçdiyiniz  uçucu yağ (İstəyə görə seçim edə bilərsiniz: lavanda yağı, portağal yağı, ladin yağı, razyana yağı, çobanyastığı yağı, jasmin yağı və s.)

Hazırlanması:

İsti su hamamı hazırlayın və ləyənə qarışdırma qabı yerləşdirin.

Kakao yağı, şi  yağı, hindqozu yağı və bal mumu əlavə edin.

Bunların əriməsinə icazə verin və hər şeyi yaxşıca qarışdırın.

Kasanı su duşundan çıxardın və seçdiyiniz uçucu yağlardan bir neçə damla əlavə edin.

Qarışımı qaba doldurun və kremin bir neçə saat sərtləşməsinə icazə verin.

İstəyə bağlı olaraq soyuducuya qoya bilərsiniz və beləliklə daha sürətlə sərtləşər.


Vüsalə Əlövsətqızı, TurpKimi.com