"EL Nino" hava hərəkatı başladı - 2024-cü il qovuracaq


ABŞ alimləri Dünyada istiləşməyə səbəb olan "El Nino" hava hərəkatının başladığını açıqlayıb. 

el-nino-hava-herekati-basladi
08.06.2023 22:37 2 dəq oxuma

Açıqlamalara görə 2024-cü il böyük  ehtimalla Dünyanın ən isti ili olacaq.

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki,  Böyük Okeanda, yəni Sakit okeanda başlayan hava hadisəsi bütün planetə pilləli şəkildə təsir edəcək.  ABŞ Milli Okean və Atmosfer Agentliyi (NOAA) tərəfindən verilən şərhdə qeyd edilib ki,   hava hadisəsinin təsiri önümüzdəki aylarda hiss edilməyə başlayacaq. 

İSTİLİK REKORD HƏDDƏ ÇATACAQ

NOAA-nın  iqlim üzrə mütəxəssisi  Michelle L'Heureux bildirib ki,   "El Nino" dünyanın bəzi bölgələrində quraqlıq və şiddətli yağış  riskini artıracaq,  bu da ümumilikdə istiliyin rekord həddə çatmasına səbəb olacaq. 

NASA hava hadisəsini may ayında müəyyən edə bilib.  "Sentinel-6 Michael Freilich" adlı peykdən alınan məlumatlara görə Böyük Okeanın ekvatorial seqmentində "El Nino"nun  inkişaf etməkdə olduğuna dair işarələr müəyyən edilib.

"El Nino"nun Afrikada, Avstraliyada və Asiya qitəsinin bəzi bölgələrində quraqlığa, Hindistandakı musson yağışlarının zəifləməsinə, Amerika qitəsinin cənub və orta seqmentlərində isə şiddətli leysan yağışlara  səbəb olması gözlənilir.

İngilis alimləri isə  bu hava hərəkatının  hazırda  gücləndiyini və 2023-cu ilin sonunda ən güclü  vaxtına çatacağını qeyd edib. 2024-cü ildə isə yeni bir qlobal istilik rekordunun yaşanma ehtimalının yüksək olduğu bildirilir. 

"El Nino" nədir?

"El Nino"  hava hadisəsi Sakit Okeanın ekvatora yaxın orta və şərq seqmentlərində  dənizin səthində olan temperaturun artması ilə özünü göstərən və ortalama olaraq hər 2 - 7 ildən bir reallaşan iqlim faktıdır.Bu hərəkatın dünya iqlimi üzərində olan təsiri Sakit Okeandan kənara çıxır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com