Əl və qollar niyə keyiyir? - 6 SƏBƏBİ


Tez-tez təkrarlanırsa xəstəlikdən xəbər verir...

el-ve-qollar-niye-keyiyir
26.12.2021 00:09 2 dəq oxuma

Əl və qollarda uyuşma və ya qarışqa gəzərmiş kimi hissinə bəzən çox rast gəlinir. Hərdən hərəkətsiz qalmaq, ya da uzun müddət eyni tərəfi üstə yatmaq, əlin yastığın altında qalması uyuşmaya səbəb ola bilər. Bunlar keçicidir. Lakin səbəbsiz yerə tez-tez təkrarlandıqda ciddi xəstəlikdən xəbər verir.

TurpKimi.com bir çox insanların rastlaşdığı uyuşmanın 7 əsas səbəbini təqdim edir:

1 – SİNİR SIXILMASI - ən çox yayılan səbəblərdən biridir. Yəni sinirin qola gedən hissəsində sıxılıb qalmasıdır. Bu isə aşağdakı xəstəliklərdən dolayı yarana bilər:

Karpal tunel sindromu – bilək və qolun üst hissəsində gecələr ağrı başlayır;

Guyon kanal sindromu – sinir adətən dirsəkdə sıxılır. Barmaqlarda uyuşma, əldə əzələ zəifliyi, barmaqları əyməkdə çətinlik və dirsəkdə ağrı ilə özünü biruzə verir.

Bel diskində yırtıq – bu daha çox hansı bel fəqərəsi arasında yerləşən diskin zədələnməsindən qaynaqlanır. 

2 – ENDOKRİN XƏSTƏLİKLƏRİ zamanı da əl və qollarda uyuşma olur.

3 - ŞƏKƏR XƏSTƏLİYİ olan insanlar şəkəri normal səviyyədə saxlamadıqda əl və qolların sinirinə təsir edərək sinir zədələnmələrinə səbəb olur.

4 - HİPOTİRODİZM – Tiroid vəzinin normadan artıq sürətlə işləməsi orqanizmin metabolik fəaliyyətinə təsir edir. Çünki qalxanabənzər vəzdən ifraz olunan hormonlar orqanizmdə mühüm rol oynayır. Müalicə edilmədikdə, hipotirodizm sinir uclarına mənfi təsir edir və əllərdə uyuşmaya səbəb olur. Həmin pozulmanı müəyyən etməyə kömək edən simptomlar bunlardır:

Yorğunluq və diqqətin pozulması;

Soyuqluq hiss etmək;

Saç tökülməsi, qırılmış dırnaqlar və solğunluq;

Kökəlmək;

5 - QAN DÖVRANI və ÜRƏK-DAMAR problemləri – damarların daralması və damarlarda trombların yığılması nəticəsində qan dövranının zəifləməsi əl və qollarda uyuşmaya gətirib çıxarır. Mütləq tibbi müayinədən keçmək lazımdır. Bu zaman erkən infarkt riskinin qarşısı alınmış olur.

6 - VİTAMİN çatışmazlığı – Əllərdə uyuşma və qarışqa gəzərmiş kimi hissin yaranmasının arxasında hər zaman xəstəlik olmaya bilər. Fol turşusu, B 12 kimi B qrupuna aid vitamin əksikliyi sözügedən narahatlığa səbəb olur.

Firuzə Alimova / TurpKimi.com