Balığı qoxusuna görə yeməkdən yan qaçanlar üçün mütəxəssis məsləhəti...
"Balıq yeməklərini hazırladıqdan sonra həm əllərinizdə, həm də iş masasında xoşagəlməz balıq qoxusu qalır. Bundan qurtulmağın yeganə yolu isə limon şirəsidir".
TurpKimi.com bildirir ki, bu məsləhəti ev təsərrüfatı üzrə ekspert Marina Rubenkova “Veçernaya Moskva” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, problemi həll etməyin digər sadə yolu isə sirkədir.
“Limon suyu təbii dezodorantdır. Əllərinizə bir az limon suyu sıxıb yaxşıca sürtmək lazımdır. Bundan sonra əllərinizi isti su ilə yuyun. Limon suyu balıq qoxusunu aradan qaldırmağa kömək edəcək”, - mütəxəssis izah edib.
Sirkə ilə isladılmış pambıq və ya parça da balıq qoxusunu effektiv şəkildə aradan qaldıracaq. Bu zaman əlləri və səthləri sirkə ilə silmək lazımdır. Bundan əlavə, sirkə antiseptik xüsusiyyətlərə malikdir. Balıq qoxusunu aradan qaldırmağın başqa bir yolu sodadır. Az miqdarda su ilə qarışdırılmalı, pastaya bənzər konsistensiya halına gətirilməli, əllərə və iş masasındakı səthlərə çəkilməli və bir neçə dəqiqədən sonra ilıq su ilə yaxşıca yuyulmalıdır”, - mütəxəssis məsləhətlərinə davam edib.
Əlləri qəhvəylə qarışdırılmış adi sərt sabun və ya maye sabunla da yumaq problemdən qurtulmağa kömək edir.
Sonda Rubenkova qeyd edib ki, balıq qoxusunun əllərə hopmasının qarşısını almağın ən etibarlı yolu isə rezin əlcəklərdən istifadə etməkdir.
Firuzə Alimova / TURPKİMİ.COM