Elektrik xəttinin olmadığı adaya işçi axtardılar - Elanı verən peşman oldu


İrlandiyanın Atlantik  okeanı sahilindəki elektirik xəttinin və internetin olmadığı "Great Blasket" adasında iş elanına yüzlərlə müraciət daxil olub. 

elektrik-xettinin-olmadigi-adaya-isci-axtardilar
15.01.2020 21:04 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  iş elanında adaya cütlük, ya da  iki yoldaş axtarılır. Əmək haqqı barədə heç bir məlumat verilməyib. Sadəcə ocaq,  şam, soba, çöl həyatı və təbiət vəd edilib. 

İrlandiyanın Great Blasket adasındakı 21 nəfərlik pansionun sahibi Tvitterdən iş elanı  paylaşanda yüzlərlə müraciətin daxil olacağını heç ağlına da gətirmirdi.  Elanda işə götürüləcək adamların pansionu aprel və oktyabr ayları arasında işlədəcəyi qeyd edilib. Təbiət qoynunda işləmək vəd edən iş elanına Cənub Afrika və Alyaskadan  müraciət daxil olub.  İrlandiyanın ucqar qərbinə gələn qonaqlar burada ortalama bir gecə qalır. Su elektrik xətti olmadığı üçün ocaqda qaynadılır, kiçik  külək turbinindən əldə edilən elektrik isə yalnız bir cib telefonunu şarj etməyə imkan verir.

Adada əvvəlki vəzifədə işləyən və yaşayan cütlük yeməkləri qaz sobasında bişirirmiş. Ancaq pis hava şərtlərində  nəqliyyat 3-4 günə qədər gecikə bilir. Bütün şərtlərə baxmayaraq iş elanı paylaşıldığından bəri müraciət edənlərin arası kəsilmir.

Adanın son sakini 1953-cü ildə burdan köçüb. Adaya yalnız gəmi ilə gəliş-gediş mümkündür.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com