Əlimiz ürək xəstəliklərini göstərə bilir - Araşdırma


Beşbarmaq əl testi...

elimiz-urek-xesteliklerini-gostere-bilir
15.06.2021 00:34 1 dəq oxuma

Amerika Kardiologiya jurnalında dərc edilən yeni araşdırmaya görə, heç bir göstəricisi olmadan inkişaf edən aorta anevrizmasını sadə əl testi ilə üzə çıxarmaq mümkündür.

TurpKimi.com bildirir ki, məlum olduğu kimi aorta anevrizmaları inkişaf etdikcə ölmücül olur və proses çox vaxt gizli şəkildə gedir.

Lakin 2021-ci ilin 18 may tarixində gerçəkləşdirilən araşırdırmada qeyd edilir ki, ovuc düz tutulmalıdır. Baş barmağı ovucun içi ilə mümkün olduğu qədər əymək lazımdır. Bir neçə saniyəyə ürək xəstəliyinin olub-olmadığını müəyyən etmək olur.

Beləliklə, araşdırmaya görə baş barmaq ovucun kənarından çıxırsa, deməli həmin insanda gizli anevrizma ola bilər. Xəstənin barmağını bu şəkildə hərəkət etdirə bilməsi, o deməkdir ki, sümük və oynaqlarda sərtlik, aorta daxil olmaqla, damar və toxumada problem var.

Araşdırma 305 xəstə üzərində aparılıb. Lakin anevrizması olan 59  xəstədən sadəcə 10-da beşbarmaq testi səhv çıxıb. Bu testi ailəsində aorta anevrizmanı olanlar sınaya bilər. Lakin alimlər qeyd edib ki, əldə edilən nəticəylə təşvişə düşməmək lazımdır.

Firuzə Alimova / TurpKimi.com