Oxuya-oxuya əlinizi açıb özünüzü tanımağa çalışın.
Heç əllərinizdəki xətlərin hansı mənaları ifadə etdiyi sizi maraqlandırıbmı? Maraqlıdırsa, ovcunuzun içinə baxmaqla sadalayacağımız mənaları özünüz üçün şərh edə bilərsiniz.
1 – Hansı əlinizin aktiv, hansı əlinizin passiv olduğuna qərar verin. Sağ əlinizdən çox istifadə edirsinizsə sağ əliniz, sol əlinizdən çox istifadə edirsinizsə, demək sol əliniz aktivdir. Çox istifadə etmədiyiniz əlinizin xarakterik özəllikləri elə də dəyişmiş olmur.
2 – Xarakteriniz 3 əsas cizgilərdədir; sərçə barmağın altından şəhadət barmağının altına qədər uzanan xəttə “ürək xətti” deyilir. Bu xətt dərin və qarışıqdırsa, həmin insanların duyğusal problemlər yaşadıqları, hisslərinin qarışıq olduğu bildirilir. Xətt düzdürsə, sabit insan olduğuna işarədir.
Ürək xəttinin altında ona paralel olaraq uzanan cizgi “ağıl xətti” olaraq adlandırılıb. Ağıl xətti uzun və dərin olan insanların ağlının güclü olduğunu göstərir. Bu xətt ürək xətti ilə paralel gedirsə, məntiqin güclü olmasına, aşağıya doğru əyilib gedirsə intuisiya gücünün olmasına işarə edilir.
3 – Baş barmaqdan biləyə doğru gedən xətt isə “həyat xətti” adlandırılır. Hamar və uzun “həyat xətti” olan insanlar uzun, sağlam həyat yaşayacaqlar. Bu xəttin üzərindəki qırıqlar müəyyən vaxtlarda yaşanacaq xəstəliklərə işarədir.
“Ürək xətti”nə baxmaqla sevgiyə münasibətinizi müəyyən edin. Xətt şəhadət barmağınızın altından başlayırsa, sevgi dolu münasibət yaşama ehtimalınız yüksəkdir. Orta barmağınızın altından başlayırsa, özünüzü düşünən bir xasiyyətiniz var və sevgini görməzlikdən gəlib rədd etməyə meyillisiniz. Xətt şəhadətlə orta barmağınızın arasından başlayırsa həm sevgi, həm də məntiq adamısınız deməkdir.
4 – “Ürək xətti” düz gedirsə, həddən artıq nəzarətcil və həssas olduğunuzu göstərir. Xətt barmaqlara doğru əyilibsə, son dərəcə mərhəmətli olduğunu göstərir.
5 – “Ürək xətti”nin uzunluğuna diqqət edin! Uzun xətt sevgiylə maraqlanan insan olduğunuzu, qısa xətt daha çox sekslə maralanan biri olduğunuzu göstərir. Əgər “ürək xətt”iniz aşağıya doğru əyilir və ən altdakı həyat xəttinə toxunursa, qəlbinizin tez qırıldığına işarədi. Xətt uzun və əyilmiş formada olarsa, duyğu və hisslərinizi azad şəkildə söyləyə bildiyinizi göstərir.
6 – “Ağıl xətti” nə düşündüyünüzü əks etdirir. Həyat və ağıl xəttiniz birlikdə başlayırsa, çox diqqətli, çəkinən və qorxuları olan bir şəxs olduğunuzdan xəbər verir. Bu xətlər bir-birindən ayrıdırsa, riski gözə ala bilən insanlardan olduğunuzu bildirir.
7 – “Ağıl xətti”nin nə qədər uzun olduğuna baxın. Uzun ağıl xətti özünüzü başqalarının yerinə qoya bildiyinizi və bacarıqlı olduğunuzu göstərir. Dalğalı və qısa xətt isə diqqətsiz, dərin düşünmədiyinizi yansıdır.
8 – “Həyat xətti”nə diqqət edin. Xətt baş barmağınıza yaxın yerdən başlayırsa, enerjiniz azdır. Xətt əyridirsə, enerjili və optimist olduğunuzu göstərir. Əgər yarım dairədə əlavə xətlər varsa, daha güclü və coşğulusunuz deməkdir. Xət düz və ovcunuzun ortasında qalırsa, çox utancaq birisiniz.
9 – “Həyat xətti”nizin dərin və uzun olub olmadığına diqqət edin. Dərin və uzun xətt daha uzun, sağlam həyat yaşayacağınızı göstərir.
10 – “Həyat xətti”ndən 2-3 ədəd varsa, bu sizin müsbət fikirli bir insan olduğunuzu, həyatdan zövq aldığınızı göstərir. Əgər xətlər həyat xəttindən daha uzundursa sağlam, tez sağalan və pis vəziyyətlərdən tez çıxa bilən biri olduğunuza işarədir. Əgər xətlər həyat xətlərindən qısadırsa, mənfi düşünən bir insansınız deməkdir.
Unutmayın ki,
- Bu məlumatlar həyatınız boyu eyni olacaq demək deyil. İnsanlar kimi xətlər də dəyişir.
- Əldəki xətlər gələcəkdən xəbər verməz, gələcəkdə başımıza gələ biləcək hadisələrin də qarşısını almaz.
- Buna baxaraq həyatınızı və partnerinizi dəyişdirməyin.
Firuzə Alimova / TurpKimi.com
Dərc edilib-04-08-2019