Əliniz titrəyirsə, bunu mütləq edin


Əl titrəməsinin qarşısını dərhal necə almaq olar?

eliniz-titreyirse-bunu-mutleq-edin
03.12.2021 22:46 1 dəq oxuma

TurpKimi.com  xəbər verir ki, qadınların çoxu makiyaj edərkən əllərinin titrəməsindən şikayət edirlər. Bəzən əllər titrədiyinə görə 5 dəqiqəlik işin vaxtı 15 dəqiqə uzana bilir. Bunun üçün bəzi üsullar var.

Əl titrəməsinin müxtəlif səbəbləri ola bilər, stress, əsəb pozğunluğu, qidalanma, hərəkətsizlik və s .

Təqdim edəcəyimiz üsul əl titrəməsinin qarşısını birdəfəlik almasa da dərhal dayandırır.

Hansı əlinizlə iş görürsünüzsə (sol, ya da sağ) o əllə eyni tərəfdə olan ayağınızı sıxın. Əli necə yumruq şəklində edirsiz,  eləcə də ayaq barmaqlarınızı içəriyə doğru sıxın. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 13-03-2019