Əllərinizdə bu əlamətlər varsa, həkimə müraciət edin!


Əllərdə şiş əlamətlərini adi gözlə görmək mümkündür.

ellerinizde-bu-elametler-varsa-hekime-muraciet-edin
02.02.2023 22:22 1 dəq oxuma

Bəd və xoşxassəli şişlərin əlmətlərini əllərdə təyin etmək mümkündür. 

Xəstələrin ən çox şikayət etdiyi hallar şişkinlik, ağrı və dərinin rənginin dəyişməsidir.  Əgər sizdə də bu əlamətlər varsa,  həkimə müraciət edin.  

Türkiyənin əl üzrə cərrahı, mütəxəssis Kadir Uzel əldəki şişlərlə bağlı bəzi bilgiləri bölüşüb.

TurpKimi.com həmin açıqlamanı təqdim edir:

“Əldəki şişlər dəri altında olan yumşaq toxuma və sümüklərdən qaynaqlanır. Əldəki yumşaq toxuma şişlərinin böyük əksəriyyəti xoşxassəli olur, nadir  hallarda bədxassəli  şişlərə də rast gəlinir. Əldə ən çox rast gəlinən bədxassəli şişlər isə dəridən qaynaqlanan  skuamöz hüceyrəli karsinomdur. Sarkomlar da yumşaq toxumadan yaranan başqa bir bədxassəli şişdir. Bu şişlər ağrı, şişkinlik və rəng dəyişməsilə daha erkən büruzə verə bilir. 

MÜALİCƏ ÜSULLARI

Əldəki şişlərin təşxisi fiziki müayinə və radioloji üsulla qoyula bilər. Ultrasonaqrafik cihazlardan istifadə edərək düzgün diaqnoz təyin edilir. Şiş çox böyük deyilsə içindəki kütlə çıxarılır və analizə göndərilir. Xoşxassəli şişlər isə əməliyyat edilməzsə, mütləq ölçüsünə nəzarət etmək lazımdır. 

Həkim xəstədəki şişin kütləsinə nəzarət etməlidir. Əldən çıxarılan kütlələrin bəziləri əməliyyatdan sonrakı dövrdə təkrar yarana bilər. Ona görə də xəstə əməliyyatdan sonrakı dövrlərdə də mütəmadi  təkrar müayinə edilməlidir.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com