Elm sübut etdi - Depressiyaya yaxşı təsir göstərən bitki çayları


Günümüzdə stress, depressiya və panika kimi psixoloji çətinliklərdən qaçmaq hardasa qeyri-mümkün kimi görsənir.

elm-subut-etdi
19.02.2024 16:49 2 dəq oxuma

Bu çətinliklərin öhdəsindən gəlmək üçün bəziləri dərmana, bəziləri də təbii yollara müraciət edir. 

 Bitki çayları bu təbii üsullardan biridir. TurpKimi.com depressiyaya yaxşı təsir göstərən və sakitləşdirici təsiri elmi olaraq sübut edilmiş 4 bitki çayı haqda maraqlı məlumatları oxuculurı ilə bölüşür. 

Çobanyastığı çayı: Çobanyastığı çiçəklərinin qurudularaq isti suda dəmlənməsiylə əldə edilir. "Journal of Young Pharmacists"də aparılan təcrübəyə görə, çobanyastığı çayı kimyaterapiya görən  xərçəng xəstələrində panika və depressiyaya yaxşı təsir edir.  Gündə 2-3 stəkan istehlak edə bilərsiniz. 

Melisa çayı: Melisa  limon qoxulu bir bitkidir. "Nutrients" jurnalında dərc olunan elmi məqaləyə görə, melisa ruhi vəziyyəti yaxşılaşdırır və qayğı hissini azaldır. 2-3 stəkan melisa çayı içmək anksiyete və depressiv əlamətləri yüngülləşdirə bilər. 

Yaşıl çay: Yaşıl çay nizamlı olaraq istehlak edildiyində depressiya simptomlarını azalda bilər. "The American Journal of Clinical Nutrition"da nəşr  olunan bir araşdırmada  nizamlı olaraq  yaşıl çay istehlak edən yaşlılarda  depressiya əlamətlərində azalma olduğu göstərilmişdir. 

Lavanda çayı: Qurudulmuş lavanta bitkisinin isti su ilə dəmlənməsiylə əldə edilər. "Complementary Therapies en Medicine"də lavanda çayının yaşlı fərdlərdə qayğı və depressiya üzərində müsbət təsir göstərdiyi məlum olub. Gündə 2-3 stəkan lavanda çayı içmək depressiyanın müalicəsinə kömək ola bilər. 

Hər nə qədər xoşbəxtlik anlayışı fərdi olsa da, bu bitki çayları nizamlı olaraq istehlak edildiyində psixoloji sağlamlığa müsbət təsir göstərər. Təbii antidepressant təsiri ilə bu çaylar çətin zamanlarda dəstəkləyici  rol oynaya bilər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com