Bəzən xoşbəxtliyi uzaqda axtarmaq lazım deyil.Gün ərzində etdiyiniz bəzi şeylər sizi xoşbəxt edə bilər.
TurpKimi.com xəbər verir ki, aparılan elmi araşdırmalara görə insanı xoşbəxt edən 6 şey məlum olub.
1-Alış-veriş etmək
İnanmaq çətindir, amma gerçəkdir! Aparılan araşdırmalara görə alış-veriş etmək bəzilərinə sevişmək qədər zövq verir.
2-Piknik etmək
Günəşli bir gündə açıq havada gəzintiyə çıxmaq, piknik etmək müsbət duyğuları qabardır.
Təbiətin qoynunda quşların cəh-cəhi, yamyaşıl ağacların altında qurulan kiçik süfrə bütün gərginliyinizi geridə qoyar. Sevdiklərinizlə birlikdə manqalda sevdiyiniz yeməkləri bişirib yeməyin zövqü isə bir başqadır.
3-Velosiped sürmək
Neçə yaşında olursunuzsa olun, velosiped sürmək hər kəsi sevindirir. Velosipedlər sayəsində şəhərin gurultulu yollarından və çirkli havasından uzaq qalmış olursuz. Açıq və təmiz havada meşə içində və ya sahildə velosiped sürmək içinizi rahatladacaq. Sizi göylərə uçurdacaq.
4-Sevişmek
Aparılan araşdırmalara görə qucaqlaşmaq və sevişmək insanlara ən çox zövq verən fəaliyyətlərin başında gəlir. Sevdiyiniz insana toxunmaq və onunla bir yerdə olmaq stressinizi azaltmağa kömək edər. Qucaqlaşmaq ruhən hüzura qovuşmanızı təmin edir.
5-İdmanla məşğul olmaq
Araşdırmalara görə, idmanın xoşbəxtliklə birbaşa əlaqəsi var. İdman etmək bədəni dincəldir. Stress, yuxusuzluq kimi halların öhdəsindən asanlıqla gəlməyə kömək edir. İdmanla məşğul olaraq daha sağlam və daha xoşbəxt bir insan olmaq mümkündür.
6-Yemek yemək
Adətən nsanlar stresli olarkən çox yemək istəyirlər. Bunun səbəbini öyrənmək üçün elmi araşdırmalar aparılıb. Məlum olub ki, yemək yemək xoşbəxt olmağı təmin edən bir vasitədir. Xüsusilə serotonin hormonunu artıran yeməklər yeməkdən aldığınız zövqü daha da artırır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com