Əlüzyuyandan gələn pis qoxuları təbii üsullarla aradan qaldırmaq mümkündür.
Əlüzyuyana tökülən tullantılar zamanla pis qoxuların yaranmasına səbəb olur. İstifadə edilən kimyəvi təmizləyicilər isə sadəcə müəyyən müddətə bu qoxuları aparır.
TurpKimi.com xəbər verir ki, təbii üsullarla qoxuları aradan qaldırmaq mümkündür. Hər mətbəxdə olan bu material ilə bu problemi aradan qaldıra bilərsiz.
İçdiyiniz qəhvənin dibini zibilə atmayın. Qəhvənin qalığını süzün, əlüzyuyana tökün və bir miqdar isti su əlavə edin. Bununla da əlüzyuyanda toplanan yağlardan və pis qoxulardan xilas olun.
Bundan başqa isti su, sirkə və soda, soda və ya limon duzu qarışığı ilə də pis qoxulardan azad ola bilərsiniz.
Limon qabıqlarından da istifadə etmək olar.
Vüsalə Əlövsətqızı, TurpKimi.com