Ən ağıllı insanların etdiyi - 9 ŞEY


Zəkalıları bu hərəkətlərdən tanımaq olar...

en-agilli-insanlarin-etdiyi
20.05.2021 20:53 2 dəq oxuma

Mütəxəssislərə görə ətraf mühit beynimizə və düşüncələrimizə böyük ölçüdə təsir edə bilir. Amma mühit necə olursa-olsun, bütün ağıllı insanlarda oxşar davranışlar müşahidə edilib.

TurpKimi.com həmin davranışları təqdim edir:

1 – Öz işləriylə maraqlanarlar. Başqalarını müzakirəyə qoymaq və dedi-qodu etmək ağıllı insanların uzaq durduğu şeylərdir. Cılız söhbətlərə meyilli deyillər və başqalarının həyatında baş verənlərlə bağlı heç vaxt narahat olmazlar.

2 – Çox zarafat edərlər və çox gözəl yumor hissləri vardır. Ən kiçik bir şeyi də zarafata çevirib hər kəsi güldürə bilirlər.

3 – Özləriylə danışırlar. Araşdırmaçılar beynində və ya yüksək səslə özləri ilə tez-tez danışan insanların danışmayanlardan daha ağıllı olduqlarını müəyyən ediblər. Öz-özünə danışmaq beynin fəaliyyətini və yaddaşı gücləndirir, düşüncələrinizi yerbəyer etməyə kömək edir.

4 – Çoxlu musiqi dinləyərlər. Yaxın zamanlarda aparılan araşdırmaya görə, qulaqlarını musiqi ilə müalicə edənlərin son dərəcə ağıllı olduqları məlum olub.

5 – Çox çalışmaq məcburiyyətində qalmadan onlara verilən işləri qüsursuz şəkildə yerinə yetirməyin ən asan yolunu tapmağa çalışırlar. Elmə görə, fiziki olaraq daha az aktiv olan insanlar, hər zaman qaça-qaçda olanlardan daha ağıllı olmağa meyillidir.

6 – Hər zaman cavab axtarışındadırlar və gizlinləri araşdırırlar. Bir araşdırmaya görə daha çox məlumat almaq marağına sahib olan uşaqların zəkalı olduqlarına işarədir. Ağıllı insanlar çox oxuyur və qeyd götürmək üçün gündəlik tutarlar.

7 – Səhvlərini qəbul edərlər. Heç kim mükəmməl deyil, ancaq səhvlərini qəbul etmək üçü irəli atılan insanlar ən ağıllı, zəkalı insanlardır. Adətən insanlar özlərinin düzgün, digər şəxsin isə yalnış olduğuna inanmağa meyillidir. Ancaq digər şəxsin fikrini öyrənmək və özündə səhv tapmaq üçün çox funksional beynin olmalıdır ki, bu da zəkalı insanlara məxsusdur.

8 – Şokolad yeməyi sevərlər. Aparılan bir araşdırmaya görə, davamlı olaraq şokolad yemək beynin fəaliyyətini yaxşılaşdırır və nəticədə sizi daha zəkalı və ağıllı edir. Şokolad yeyən insanların adətən daha yaxşı yaddaşa sahib olduqları müəyyən edilib.

9 – Az danışırlar. Çox ağıllı insanların başqaları ilə daha az danışmağa meyilli olduğu məlum olub. Bunun da səbəbi var. Hər hansı söhbətə heç bir şəkildə faydası olmadığını düşündüyü zaman susmağı seçər. Eyni zamanda veclərinə almazlar. Dedi-qodu etməkdənsə, daha faydalı şeylər etməyi üstün tutarlar.

Firuzə Alimova / TurpKimi.com