Ən çətin idman növləri


İdman növlərinin çətinlilik dərəcəsi əsasında reytinq siyahısı hazırlanıb.

en-cetin-idman-novleri
23.06.2020 18:02 1 dəq oxuma

 ESPN-nin verdiyi məlumata görə, 10 təyinedici vərdiş sırasına dözümlülük, güc, enerji, sürət, cəldlik, möhkəmlik, əsəb sistemi, möhkəmlik, əl və gözlərin koordinasiyası, analitik xüsusiyyətlər salınıb. Qiymətləndirməni 8 ekspert 10 ballıq şkala əsasında aparıb.

Nəticədə ilk "5-liy"ə boks, hokkey, amerikan futbolu, basketbol və restlinq düşüb. Daha sonra təkmübarizəli idman növləri, tennis, gimnastika, beysbol və futbol gəlir. (Report)