Araşdırma...
“Apple” texnologiya dünyasında inqilabi məhsulları ilə tanınsa da, “iPhone” şübhəsiz ki, bu spektrin parlayan ulduzlarından biridir.
2007-ci ildə şirkətin qurucusu Stiv Cobs tərəfindən təqdim edilən smartfon həm texnologiyanın, həm də populyar mədəniyyətin ayrılmaz hissəsinə çevrilib.
İlk buraxıldığı zaman toxunma ekranı, internet brauzeri və “iPod” kimi xüsusiyyətləri birləşdirərək mobil rabitəni kökündən dəyişdirən “iPhone”lar bu gün şirkəti yaşadan bir nömrəli məhsul olaraq diqqət çəkir.
TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, Avropada “iPhone”a tələbatın hansı ölkələrdə yüksək və ya aşağı olduğunu göstərən yeni araşdırma dərc olunub.
Dərc edilmiş məlumatlara görə, “iPhone”lar Qərbi Avropa ölkələrində daha populyardır. Ən yüksək göstəricilər Danimarka və Norveçdə müşahidə edilərkən, bu ölkələrdə “iPhone” istifadəçilərinin nisbəti 60-70% təşkil edir.
Böyük Britaniya, İsveç, İsveçrə və Albaniyada yaşayanların yarıdan çoxu (50-60%) “iPhone” modellərinə üstünlük verir.
Eynilə, iPhone smartfonları Fransa, Belçika, Hollandiya, Avstriya və İrlandiyada populyardır (40-50%).
Firuzə Alimova / TurpKimi.com