Havaların soyuması balıq sezonunu özü ilə bərabər gətirir. Bəzi növ balıqların təmizlənməsi bir az çətin gələ bilər, amma faydaları və ləzzətini düşünəndə heç də problem olmur.
Balığı daha çox qızardıb yeməyi xoşlayırıq. Nəzərə alaq ki, omeqa 3 yağ turşuları yüsək temperatura məruz qalanda faydalılığını itirir. Xüsusilə qızartmaya aiddir.
Sizə balığı qızartmadan, evə qoxusu yayılmadan və qidalılıq dəyərini itirmədən ləzzətini saxlamaqla asan yolla hazırlanma qaydasından yazacayıq.
TurpKimi.com bunun üçün lazım olan ərzaqların siyahısını təqdim edir:
Kütüm, sazan və digər sümüyü az olan qılçıqsız balıqlardan istifadə edə bilərsiz.
Sobada bişirmək üçün ərzaqlar:
2 ədəd orta ölçüdə balıq (təmizlənmiş və halqavari doğranmış)
4 yemək qaşığı zeytun yağı
1 ədəd böyük ölçüdə quru soğan (iri halqalar şəklində doğranmış)
1 ədəd qırmızı bibər (iri doğranmış)
1 ədəd böyük ölçüdə pomidor (iri halqalar şəklində doğranmış)
2 ədəd yaşıl bibər (iri doğranmış)
3-4 dilim limon
2-3 ədəd dəfnə yarpağı
Sous Üçün:
3 yemək qaşığı zeytun yağı
1 çay qaşığı pul bibər
1 çay qaşığı kəklikotu
1/4 ədəd limonun suyu
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
1 diş əzilmiş sarımsaq
Hazırlanması:
Sous üçün lazım olanları bir-birinə qarışdırırıq. Balıqların üzərinə əlavə edib 10 dəqiqə gözləyirik.
Soba qabına soğanları əlavə edirik, üzərinə bibərləri, pomidoru əlavə edirik. Ən sonda balıqları düzürük.
Əvvəlcədən isidilmiş 190 dərəcə sobada üzərləri qızarıb rəngi dəyişənə qədər, təxminən 30 dəqiqə bişiririk. Bu müddət sobanızın markasına görə dəyişə bilər.
Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Əlaqəli linklər:
Balıq sezonu başlayır - Balığı asan yolla necə təmizləmək olar?
Balığı qoxusuna görə evdə bişirmək istəməyənlər - İncəlikləri var