Qoroskopa görə 4 bürc altında doğulanlar qısqanc olurlar.
Bu bürclər Əqrəb, Buğa, Xərçəng və Şir bürcləridir.
Əqrəblər sevgiyə önəm verirlər. Qısqanclıq səviyyəsi ən yüksək olan bu bürcdür. Ortada heç bir səbəb olmadan həyat yoldaşının, sevgilisinin telefonunu yoxlamağı sevərlər.
Buğalar sevdiklərinə sadiq olurlar. Özləri xəyanəti sevməzlər və çox qısqanc olurlar.
Xərçənglər də sevdiklərinə və dostlarına sadiq olurlar. Onlar özlərinə qarşı da sadiqlik tələb edirlər. Qısqandıqları şəxsi rahat buraxmazlar.
Şirlər özlərinə həddən artıq güvənirlər. Sevdiklərindən diqqət görmədikdə onları qısqanarlar. Lakin sevdikləri şəxsi bezdirməyi sevməzlər. Özləri dostları ilə əyləndikdə sevdiklərinin də sosial həyatına qarışmazlar.