Ən qorxulu qadın bürcləri


Kişiləri özlərindən uzaq salan dördlük

en-qorxulu-qadin-burcleri
25.01.2023 23:06 2 dəq oxuma

Bəzi qadınlar var ki, onların nə qədər ideal partnyor olsalar da kişilər hər zaman onlardan uzaq qaçmağa çalışırlar. Bunun səbəbi isə qorxudur. Bəzi bürclərin qadınları kişiləri həqiqətən də qorxutmağı bacarırlar.

TurpKimi.com bizim.media-ya istinadən həmin bürcləri təqdim edir:

Buğa

Buğa qadını kişilərlə yola getməyə imkan verməyən inanılmaz dərəcədə mürəkkəb xarakterə malikdir. Üstəlik, bir çox həyat vəziyyətində özünü sərt beton kimi göstərir. Ancaq bunlar kişi cinsinə kifayət qədər həris olan sevən xanımlardır. Ancaq daha çox kişilər bu qadınlardan qorxurlar, çünki onlar hökmran olmaq istəmirlər.

Şir

Onların eqoları, yalnız özlərini düşünməyi kişiləri qorxudur. Çünki münasibətdə fədakarlıq gözləyən kişilərin bu özəlliyi şir qadınlarında tapması o qədər də real deyil. Şir qadınlarının kişilərin gözünü qorxudan bir digər özəllikləri isə sonsuz sevgi gözləmələridir. Onlar elə düşünürlər ki, partnyorlarının yeganə işi onları sevmək olmalıdır. Bu dominantlığı qəbul edən kişi tapmaq isə asan məsələ deyil. 

Qoç

Bu xanımlar kompromislərin nə olduğunu bilmirlər. Onları yalnız öz fikirləri maraqlandırır, başqa heç kim. Onlar şirin pişiklər kimi davranmayacaqlar, güzəştə getməyəcəklər və razı qalmağa çalışmayacaqlar. Onlar əgər nəyəsə yox dedilərsə, fikirlərini dəyişməyəcəklər. Ona görə də qoç bürcü qadınlarından kişilər uzaq qaçırlar. 

Balıq

Həyat yoldaşınız balıqdırsa, işdən sonra axşam sizi ləzzətli şam yeməyi ilə gözlədiyini xəyal edirsinizsə, o zaman yanılırsınız. Balıq qadınları nadir hallarda evdar olurlar. Onlar daim buludların üzərində gəzirlər və dünyəvi işlər onları heç maraqlandırmır. Üstəlik, onlar həmişə sizdən nəsə tələb edəcəklər. Onların şıltaqlıqlarını yerinə yetirməyə hazır olun. Əks halda, onların həssas balıq xarakterindən əsər əlamət qalmayacaq.