Ən sağlam diyet hansıdır?


Diyetoloqların da tövsiyə etdiyi və milyonlarla insanın istifadə etdiyi 5 diyet çeşidindən bəhs edəcəyik.

en-saglam-diyet-hansidir
18.12.2024 17:47 2 dəq oxuma

Hansı diyetin daha sağlam olması həmişə müzakirə mövzusu olub. Ən tez arıqladan, daha çox enerji sərf etdirən və daha asan olan diyet növləri mövcuddur. 

Bunların içərisində daha çox sınanılan və bəyənilən 5 diyet növü var.

Ketogenik diyet

Ketogenik diyetdə orqanizmin enerji təminatını ödəmək üçün aşağı karbohidrat, yüksək yağ ehtiva edən bəslənmə tətbiq olunur. Burada məqsəd bədəni ketozis rejiminə gətirmək və yağların enerji qaynağı kimi istifadə edilməsini təmin etməkdir. Bu diyetdə sağlam yağ və zülal istehlakı uzun müddət tox qalmağa kömək edir. Bu da iştahınıza nəzarət edərək tez bir zamanda çəki itirmənizə səbəb olur. 

Aralıqlı oruc

Aralıqlı oruc müəyyən saat dilimlərində yemək yeməyib, müəyyən zamanlarda yemək yeyərək çəki itirməyi hədəfləyən bir  diyet növüdür. Ən çox tanınan üsulu  16 saat ac qalıb, 8 saatlıq bir müddət ərzində yemək yeməkdir. Bundan əlavə  5/2 üsulu da var. Həftənin 5 günü normal qidalanırsan, digər 2 gündə gündəlik kalori qəbulu 500-600 kalorini keçməməlidir. Bu yanaşma bədənin yağ yandırmasını sürətləndirir, insulin səviyyəsini  nizamlayır.

Aralıq dənizi diyeti

Aralıq dənizi diyet  zeytun yağı kimi sağlam yağlar, bol tərəvəz, meyvə, taxıl və paxlalılar ehtiva edən bəsləyici bir diyetdir. Bu diyetdə qırmızı ətin istehlakı çox məhduddur və yerinə daha çox balıq istehlak edilir. Həm ürək sağlamlığını dəstəkləyər, həm də təbii yollarla arıqladar. Aralıq dənizi diyeti uzun müddət davam etdirilən diyet növünə aiddir. Çünki bu diyetdə qida bol və müxtəlif və rəngarəng çeşiddədir.  

Dukan diyeti

Dr. Pierre Dukan tərəfindən inkişaf etdirilən bu diyet yüksək zülal və aşağı karbohidrat ehtiva edir. Dukan diyeti dörd mərhələdən ibarətdir: Hücum, Seyr, Gücləndirmə  və Qoruma (stabilizasiya). İlk iki mərhələ kilo itkisini sürətləndirərkən, son iki mərhələ itirilən kiloların qorunmasına fokuslanar. Çətin bir müddət olsa da ciddi çəki  atmağı hədəfləyənlər üçün olduqca təsirli bir üsuldur.

Atkins diyeti

Atkins diyeti karbohidrat qəbulunu ən aza endirən yüksək zülallı və yağlı qidaları seçən bəslənmə planıdır. Dukan diyeti ilə oxşar olsa da Atkins diyeti yağ istehlakına daha çox icazə verər. Bu diyetdə karbohidrat qəbulu diqqətlə izlənilər və bədənə daha çox yağ yandırma fürsəti təqdim edilər. Sürətli çəki itirməyə kömək olarkən enerji səviyyəsini də yüksəldər.

Hansı diyeti seçməli?

Hər bir diyetin özünəxas üstünlükləri və çətinlikləri vardır. Sürətli nəticə əldə etmək istəyənlər üçün Ketogenik və Aralıqlı Oruc diyetləri, uzun vədəli və davam etdirilə bilən bir plan istəyənlər üçün Aralıq dənizi diyeti və ya Atkins diyeti ideal ola bilər. Öz həyat tərzinizə uyğun diyeti seçərək sağlam bir şəkildə kilo vermək mümkündür.

Vüsalə Əlövsətqızı, TurpKimi.com