Ən sağlam yeməklik - YAĞLAR


Arasında faydasız olan bir yağ var...

en-saglam-yemeklik
30.04.2021 02:31 2 dəq oxuma

Yağ yeyildiyi zaman toxluq və həzz hissi verir. Eyni zamanda faydalı təsirə də malikdir. Yağlar müxtəlif şəkillərdə hərəkət edən yağ turşularından yaranır, hormonların inkişafına, yağda həll olan vitaminlərin daşınması və əmilməsinə, bədənin istiliyinin normallaşmasına kömək edən açardır.

ZEYTUN YAĞI

Hər tərəfli faydalı yağ zeytun yağıdır. Bütün növ yeməklərin bişirilməsində istifadə etmək olar. Ən sağlam növü infiltrasiya olunmuş zeytun yağıdır (EVOO). Qan təzyiqini aşağı salır və iltihabla mübarizədə savaşçıdır. Qan damarlarınızı yaxşılaşdırır və laxtalanmanın qarşısını alaraq ürək xəstəlikləri riskini azaldır. Bundan başqa, hüceyrələrin zədələnməsinin qarşısını alan antioksidantlarla zəngindir.

AVOKADO YAĞI

Avokado yağı oleik turşusu ilə zəngindir. Soyuq və isti yeməklərdə istifadə edilə bilər. Tərəvəzlə birlikdə yeyildikdə, qəbul edəcəyiniz antioksidantın miqdarını artırır. İltihablanmanın və artritin əlamətlərini azaldır, diş əti xəstəliklərinin qarşısını alır.

KƏTAN TOXUMU YAĞI

Tez yandığı üçün bu yağın istifadəsi daha çox salat və soyuq yeməklər üçün əlverişlidir. Omeqa-3 ilə zəngindir. Tərkibindəki alfa-linolenik turşusu (ALA) ürəyə faydalıdır, hətta qan təzyiqini aşağı salır.

KANOLA YAĞI

Doymuş yağ səviyyəsi aşağıdır, ancaq doymamış yağ nisbəti zeytun yağındakı kimi yüksəkdir. Xolesterolun səviyyəsini azaldan fitosterollərə malikdir. Eyni zamanda omeqa-3 qaynağı və ürəyin dostudur.

BADAM YAĞI

Doymamış yağ və E vitamini ilə zəngindir. Rafinə edilmiş badam yağı isidildiyi zaman gec yandığı üçün qızartma yeməklərinin hazırlanmasında istifadə edilə bilər.

QOZ YAĞI

Yüksək istilikdə bişirilən yeməklər üçün istifadə edilməməlidir. Tərəvəz və ya sousların üzərinə tökərək yeyildikdə ləzzətli seçim etmiş olarsınız. Tərkibində ürəyə və dəriyə faydalı olan çoxlu sayda alfa linolenik turşusu var.

HİND QOZU YAĞI

Düşündüyünüz kimi heç də sağlamlığa faydalı yağ deyil. Doymuş yağdır və LDL xolesterolu yüksəkdir. Ürəyə ziyandır və demək olar ki, tərkibində vitamin və mineral yoxdur. Yaxşı olar ki, zeytun və kanola kimi yağlara sadiq qalın.

YER FISDIĞI YAĞI

Qızdırıldıqda gec yandığı üçün bu yağdan da qızartmalarda istifadə etmək olar. Ancaq daha çox soyuq preslənmiş növündən istifadə edin. Tərkibində ürəyə faydalı olan antioksidant və E vitamini var.

Firuzə Alimova / TurpKimi.com