Ən təhlükəli QAN QRUPU açıqlanıb


Bu qan qrupu ən nadirlərdən biri hesab olunur...

en-tehlukeli-qan-qrupu-aciqlanib
19.10.2024 00:00 1 dəq oxuma

4-cü qan qrupu və “mənfi Rh” faktoru olan insanlar digərlərinə nisbətən ciddi xəstəliklərə daha həssasdırlar.

TurpKimi.com xəbər verir ki, bunu Harvard Universitetinin alimləri aşkar ediblər. “MedicForum”un məlumatına görə, bu qan qrupu ən nadirlərdən biri hesab olunur və planet əhalisinin 8%-də rast gəlinir.

Tədqiqatçılar müəyyən ediblər ki, bu kateqoriyadan olan insanlarda demans, insult və idrak funksiyası ilə bağlı problemlər inkişaf riskini artırır. Onların insult keçirmə ehtimalı 82% daha yüksəkdir və zəifləmiş immunitet sistemi var.

Ekspertlərin fikrincə, mənfi dördüncü qan qrupuna sahib olan qadınlarda xərçəngə yaxalanma hallarına daha çox rast gəlinir.

Firuzə Alimova / TURPKİMİ.COM