Ən ürküdücü işgəncə növlərindən daha dəhşətli CƏZA - TƏKADAMLIQ KAMERA


İnsan psixologiyasını qısa müddətdə məhv edən cəza növü...

en-urkuducu-isgence-novlerinden-daha-dehsetli-ceza
19.02.2021 00:02 3 dəq oxuma

Bir nəfərlik kamera həbsinə məhkum olunan insanın psixologiyası uzun müddət gündəm mövzulardan biri olub.

Mütəxəssislərə görə sadəcə 15 gün kifayət edir ki, bu cəzanı çəkən insanın psixologiyası bərpa olunmayacaq şəkildə pozulsun.

TurpKimi.com bildirir ki, cəzanın xüsusi qaydası yoxdu, yəni hər ölkədən-ölkəyə fərqli qanun-qaydaları var. Məsələn: BMT qaydalarında təkadamlıq kamerada insan gündə ən azı 22 saat həbsxana işçiləridən başqa kimsəylə münasibət qurmamalıdır. Bəzi hallarda məhkumlara gündə cəmi 1saat idman etməyə icazə verilir, lakin bu zaman çərçivəsində də onlar tək qalmalıdır.

Həbsxanalardakı bir nəfərlik dar kameralar insan psixikasını sıxmaq və boğmaq üçün hazırlanıb.

Tualet və ya hamam böyüklüyündə olan kameralarda floresan lampalar heç vaxt sönmür. Müşahidə kameraları ilə məhkumlar daim nəzarətdə saxlanılır və digər məhbuslarla ünsiyyət qurmalarına icazə verilmir. Özləriylə bir neçə kitab götürüb oxuya bilərlər, ancaq televizor və radio olmaz. Bu cəzaya məhkum olan bir nəfərin məşhur ifadəsində olduğu kimi: “görünür, təkcə bir şey qalır, o da dəli olmaq!”

Təkadamlıq dar kameralardakı cəzanın müddəti dəyişə bilər.

Bəzən məhbuslar kameralarda bir neçə günlük, bəzi hallarda 10 illərlə saxlanılırlar. Hətta bəzi ölkələrin həbsxanalarında təcridxana cəzası normaldır, digər cəzalardan fərqlənmir.

Gəlin təkadamlıq kamera həbsinin insan psixologiyasını necə məhv etdiyindən danışaq.

Məlum olduğu kimi insan təbiətcə sosial varlıqdır. Ətrafında danışa biləcəyi, vaxt keçirəcəyi bir insan olmadıqda beynində bəzi pozulmalar meydana gəlir. Görüləcək iş və ya münasibət quracaq bir kimsə olmadığı üçün vaxt keçdikcə beyin sönməyə başlayır. Lakin bununla bitmir. Dar və kiçik bir yerdə saxlanılan insanın artıq gözləri uzağı görməyi bir növ unudur. Beləliklə, görmə qabiliyyətində itkilər meydana gəlir.

İzolyasiya (təcrid olunma) vəziyyəti bədənə nəzarət çatışmazlığını yaradır.

Heç bir şeyin əlində olmadığını anlayan şəxsdə əsəb, narahatlıq, gərginlik və ümidsizlik kimi hallar ortaya çıxır və vəziyyət daha da qaranlığa doğru gedir.

Aparılan tədqiqatlar həmin vəziyyətlə bağlı bu simptomların olduğunu açıqlayıb:

AJİOTAJ – davamlı stress vəziyyətində olmaq, narahatlıq və gərginlik, ölümün yaxınlaşması qorxusu, panik ataklar...

DEPRESSİYA - əhval-ruhiyyədə ani dəyişikliklər, ümüdsizlik, düşünmək və hərəkətə keçmək qabiliyyətini itirmək, süstlük, böyük depressiya...

GƏRGİNLİK – sinirləri idarə etməkdə çətinlik yaranır, qəfildən qəzəblənirlər, fiziki və ifadəli hücumlar baş verir...

İDRAKIN POZULMASI – uzun müddət nəyləsə maraqlanmamaq, fikir dağınıqlığına, yaddaşın itməsinə, fikirlərin qarışmasına və həqiqi qopmaya gətirib çıxarır...

Səs və qoxuya qarşı hədsiz dərəcədə həssaslıq, divarların üzərinə gəldiyini düşünmək, zaman və məkanı dərk etmə qabiliyyətinin itirilməsi, özü üçün yadlaşmaq, bütün duyğu orqanlarında sayıqlamaların başlaması, məsələn: özündən başqa kamerada kimsənin olduğunu düşünmək...

Şizofreniya, intihar düşüncələrinin peyda olması...

Bu cəzaya məhkum olunanların digərləri ilə müqayisədə intihara 33 dəfə daha çox meyilli olduqları məlum olub.

Üstəlik, bu təsirlərin qalıcı olması üçün əvvəldə qeyd etdiyimiz kimi sadəcə 15 gün kifayət etdiyi müəyyən edilib. Bununla da çox insanın psixoloji təsirdən sonra ciddi sağlamlıq problemləri olur.

Cəzanın faciəvi tərəfi ondadır ki, bir zamanlar bu cəza üsuluna reabilitasiya kimi baxılırmış. Yəni məhkumların bütün günü kamerada tək qalaraq günahları haqqında düşünəcəklərinə, düzgün yol tapacaqlarına, mənfi düşüncələrdən uzaq duracaqlarına inanırdılar. Həmin dövrlərdə bir çox ölkə bu cəzanı tətbiq etmiş və edam cəzasına mükəmməl alternativ olaraq qəbul etmişdilər.

Bununla yanaşı, təkadamlıq kamerada saxlanılaraq psixologiyaları daha da pozulan məhbusların düzəlmələri üçün onları yenidən həmin üsulla cəzalandırırdılar.

Firuzə Alimova / TurpKimi.com