Ən uzun və ən qısa oruc tutan - ÖLKƏLƏR


Allah qəbul eləsin!

en-uzun-ve-en-qisa-oruc-tutan
09.05.2020 05:07 2 dəq oxuma

Aprelin 24-dən başlayaraq bütün dünyada Ramazan ayı başlayıb. Ən qısa və ən uzun oruc tutan ölkələr, oruc tutan digər müsəlmanları maraqlandıran suallardan biridir.

Bildiyimiz kimi, bütün ölkələrdə imsak və iftar vaxtları eyni deyil. Buna səbəb yerin quruluşudur. Enliklərdən asılı olaraq bəzi ölkələrdə yaşayan müsəlmanlar daha uzun, bəziləri isə daha qısa müddət oruc tutur.

Belə ki, dünyada ən uzun oruc tutan ölkələr Yerin Şimal qütbünün yaxınlığında yer alır. Şimal qütb dairəsində yaz-yay aylarında günlər uzun olur. Ona görə Ramazan aylarında ən uzun oruc bu yerlərdə tutulmaqdadır.

Ramazanın ilk günündə ən uzun oruc tutan ölkə şimal qütbünə yaxın olan Rusiyanın Murmansk şəhəri olub. Murmanskda sahurla iftar arasındakı müddət 19 saat 23 dəqiqə müəyyən edilib. Rusiyadan sonra ən uzun oruc tutan ölkə İslandiya olub. İslandiyanın paytaxtı Reykyavikdə ramazanın ilk günü 18 saat 34 dəqiqə oruc tutulub.

Ən qısa oruc tutan ölkələr isə Cənubi Amerika və Cənubi Afrika bölgələrində yer almaqdadır. Yerin cənub yarımkürəsində yer alan ölkələrdə yaz-yay aylarında günlər qısa olduğu üçün ən qısa oruclar da bu yerlərdə tutulmaqdadır. Belə ki, dünyanın ən qısa orucu 11 saat 48 dəqiqəylə Argentina ölkəsində tutulub.

2020-cı ilin Ramazan ayının ilk günü üçün oruc tutan digər türk dövlətlərinin oruc müddəti:

Azərbaycan – Bakı – 15 saat 39 dəqiqə

Türkiyə - İstanbul – 15 saat 26 dəqiqə

Şimali Kipr Türk Cümhuriyyəti – Nikosiya – 15 saat 2 dəqiqə

Qazaxıstan – Almatı – 15 saat 58 dəqiqə

Özbəkistan – Daşkənd – 15 saat 46 dəqiqə

Qırğızıstan – Bişkek – 15 saat 43 dəqiqə

Qeyd edək ki, mayın 24-ü Ramazan bayramıdır.

Firuzə Alimova / TurpKimi.com