Ən yaxşı duzu heyvanlara veririk - Hansı duz faydalıdır?


Biz əslində ən faydalı, sağlamlıq üçün əvəzedilməz xeyiri olan "tullantı" adlandırdığımız ərzaqları özümüz də bilmədən heyvanlara veririk və ya atırıq. 

en-yaxsi-duzu-heyvanlara-veririk
27.03.2023 15:29 2 dəq oxuma

Heyvanlara verdiyimiz duzun ən faydalı duzlardan biri olduğunu bilirdinizmi?

Həddən artıq duzdan istifadə etmək təhlükəli xəstəliklərə səbəb olsa da, duzdan tamamilə imtina etmək də sağlamlıq üçün zərərlidir. Çünki duz sadəcə, yeməklərə ləzzət qatmır, həm də hüceyrələrin ömrünü uzadır, əzələlərə yaxşı təsir edir. Bəs hansı duz sağlamlıq üçün daha faydalıdır? 

TurpKimi.com maraqlı məlumatları oxucuları ilə bölüşür.

1. Süfrə duzu

Yeraltı duz yataqlarından əldə edilir. Bu duz saf olmur. Tərkibinə bir sıra maddələr əlavə edilir. Təbii halda tapılan duz bir sıra proseduralardan keçirildikdən sonra sodium xlorid (NaCl) halina salınaraq yodlu və yodsuz duz növləri ilə satışa çıxarılır.

2. Dəniz duzu

Okean, dəniz və göl sularından əldə edilir. Həmin sular buxarlaşdırıldıqda geridə dəniz duzu qalır. Kimyəvi proseduralara məruz qalmır. Dəniz duzu 93 müxtəlif mineral ehtiva edir. Onun tərkibində də süfrə duzundakı qədər sodium və xlorid var. Dadı və qoxusu süfrə duzundan fərqlənir. Dəniz duzunun süfrə duzundan daha faydalı olduğu düşünülür.

3. Qaya duzu

Qaya duzu da yerin altından çıxarılır. Ancaq süfrə duzundan fərqli olaraq 84 növ mineral ehtiva edir. Təmiz və saf duzdur. Sağlamlıq üçün faydalı duzlardan biridir.

4. Himalay duzu

Kristal halında tapılır. Himalay dünyadakı ən zəngin kristal duz yatağı hesab edilir. Təbiətdəki ən saf duz buradan əldə edilir. Bu duzun da tərkibində 84 növdə mineral olur.

Bu məlumatlar sübut edir ki, süfrə duzundan imtina edib qaya duzundan və ya himalay duzundan istifadə etməliyik. Ancaq bu duzların tərkibindəki minerallar hər orqanizmə fərqli təsir göstərə bilər. Ona görə də diqqətli olmaq lazımdır. Onu da qeyd edək ki, süfrə duzundan fərqli olaraq digər duz çeşidlərinin qiyməti olduqca bahadır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

28-01-2023