Bu 4 bürc ehtiraslı təbiətləri, cinsəlliyə baxış bucaqları və bədənə toxunuşa verdikləri reaksiya ilə seçilirlər.
TurpKimi.com ən yüksək cinsi enerjiyə sahib olan 4 bürc haqqında maraqlı məlumatı oxucuları ilə bölüşür:
Balıqlar (19 fevral – 20 mart)
Fantaziya aləminin hökmdarı, emosional bir sevgilidir. Balıqlar bürcü cinsəlliyi mənəvi və emosional bir səviyyədə yaşayır. Emosional bağ qurduğu şəxslə birlikdə olduqda, libidosu çox yüksək ola bilər. Təsəvvür gücü genişdir, fantaziyalara və romantik oyunlara çox açıqdır. Yatdıqda partnyorunu xoşbəxt etmək üçün özündən daha artığını verir. Passiv görünsə də, əslində çox dərin və ehtiraslıdır.
Qoç (21 mart – 19 aprel)
Alovlu, səbirsiz və arzularının dalınca gedən Qoç bürcü yüksək libidosu ilə tanınır. Yeni təcrübələrə açıqdır, ilk addımı atmaqdan əsla çəkinməz. Sürətli, intensiv və fiziki təmas Qoç üçün əvəzolunmazdır. Eqosunu oxşayan bir münasibət onları daha da ehtiraslı edir.
Oxatan (22 noyabr – 21 dekabr)
Macəraçı və sərhəd tanımayan Oxatan bürcləri azadlığına düşkündür, amma cinsi baxımdan çox aktivdir. Monotonluğu sevmir, daim yeni həyəcanlar axtarır. Yatdıqda yaradıcı və enerjilidirlər, təcrübəyə əsaslanan yanaşmaları ilə cinsi kəşf onlar üçün həyat tərzidir.
Buğa (20 aprel – 20 may)
Duyğuların ustası Buğa bürcləri yavaş, amma təsirli olurlar. Onlar üçün bədənə toxunuş, hiss etmək və fiziki yaxınlıq çox önəmlidir. Fiziki zövqlərin bürcüdür. Münasibətlərində keyfiyyətə və davamlılığa önəm verirlər. Onları ehtirasa gətirən şeylər arasında toxunma, xoş qoxular və romantik atmosferlər var.
TurpKimi.com