Sizdə hansındandır?
Araşdırma şirkəti olan “Statista”nın mütəxəssisləri “Twitter” hesabında elektromaqnit radiasiyanın ən yüksək səviyyədə olduğu ağıllı telefonların adlarını açıqlayıb.
TurpKimi.com bildirir ki, siyahının ilk pilləsində radiasiya səviyyəsi 1,75 watt olan 2017-ci ilin modeli “Xiaomi Mi A1” ağıllı telefonu yer tutub.
“OnePlus 5T" 1,68 watt-la ikinci, “Xiaomi Mi Max 3" isə 1,58 watt-la üçüncü yerdə qərarlaşıb.
OnePlus 5T
Şirkət dərəcələndirmə siyahısında Alman Radiasiyadan Qorunma Agentliyinin məlumatlarından faydalanıb. Almaniyada qəbul edilən radiasiya səviyyəsi 0,6 watt-dır. Siyahıya alınan cihazların hamısı qəbul edilən normanı keçib.
Firuzə Alimova / TurpKimi.com