Endokrin xəstəliklərin gözlənilməz SİMPTOMU


Susuzluq hissi, ağız quruluğu və tez-tez tualetə getmək istəyi...

endokrin-xesteliklerin-gozlenilmez-simptomu
20.07.2025 14:04 1 dəq oxuma

“Davamlı susuzluq hissi, ağız quruluğu və tez-tez tualetə getmək istəyi diabetin əlamətləri ola bilər”.

TurpKimi.com xəbər verir ki, bunu endokrinoloq həkim Marçenko “Strastyam”a müsahibəsində deyib. Onun sözlərinə görə, bu xəstəliyə ən kiçik bir şübhə olduqda, endokrinoloqa müraciət etmək lazımdır.

Marçenko digər simptomları da sadalayıb. Belə ki, bunlara ani çəki dalğalanmaları, quru dəri, saç tökülməsi, kövrək dırnaqlar və qadınlarda bədəndə artıq tüklərin görünməsi daxildir. O qeyd edib ki, endokrin pozğunluqlara müxtəlif amillər, o cümlədən irsiyyət, autoimmun xəstəliklər və qeyri-sağlam həyat tərzi də səbəb ola bilər.

Firuzə Alimova / TURPKİMİ.COM