Heç vaxt əskik etməyək...
“Zəncəfil, qara bibər və zərdəçal ən faydalı ədviyyatlardır”.
TurpKimi.com “nyus.ru”ya istinadla xəbər verir ki, bunu diyetoloq və endokrinoloq Viktor Jilyaev bildirib. Onun sözlərinə görə, bu ədviyyatlar orqanizmə antiinflamatuar və immunostimulyator təsir göstərir, həmçinin Alzheimer xəstəliyinin inkişaf riskini azaldır.
“Zərdəçal tərkibindəki komponentlərinə görə sağlamlığa müsbət təsir edir. O, xroniki iltihabın simptomlarını azaltmağa, həmçinin orqanizmi oksidləşdirici stressdən qorumağa qadirdir”, - ekspert qeyd edib.
Zərdəçal suya, çaya və ya qəhvəyə əlavə edilə bilər. İçkiyə süd və bal da əlavə edə bilərsiniz. Eyni zamanda, ədviyyatın icazə verilən gündəlik normasını aşmamaq vacibdir: Bədən çəkisinin hər kiloqramı üçün 2,4-2,8 mq zərdəçal əlavə etmək olar”, - Jilyaev xəbərdarlıq edib.
Zəncəfil həm də gingerol və şoqaol sayəsində bədənə kömək edir. Ədviyyat mədə-bağırsaq traktının işi üçün faydalıdır. Bundan əlavə, C vitamini, maqnezium və kaliumla zəngindir.
Həkim əlavə edib ki, qara bibər də öz növbəsində qida maddələrinin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır. Tövsiyə olunan doza isə gündə 1/8 çay qaşığından çox olmamalıdır.
Firuzə Alimova / TurpKimi.com