Endometrioz uşaqlıq daxilində və kənarında düyünlərin yaranması zamanı baş verən xəstəlikdir. Bu zaman düyünlər uşaqlığın daxili selikli qişasına uyğun formada olur. Bu xəstəlikdən daha çox yetkinlik yaşda olan qadınlar əziyyət çəkir.
Xəstəliyin çox irəliləməsi sonsuzluğa gətirib çıxarda bilər. Buna görə də xəstəliyin qarşısını erkən almaq məsləhətdir.
TurpKimi.com xalq təbabətində istifadə edilən müalicə üsullarından birini təqdim edir:
Çuğunduru ətçəkəndən keçirdib şirəsini çıxardın, 6 saat saxladıqdan sonra gündə 50 milliqram için. Şirədən gündə iki dəfə içmək kifayətdir.
Kəndəlaş (buzina) çiçəyi, moruq, nanə yarpağı, boymadərən, çobanyastığı, gicitkən, sürvə və gülxətmidən eyni miqdarda götürüb qarışdırın.
Qarışığı 2 litr qaynar suya töküb, 2 saat saxlayın. Gündə 4 dəfə yeməkdən yarım saat əvvəl bu qarışıqdan 1 stəkan içmək endometriozun qarşısını alacaq. Müalicəni 2 həftə davam etdirin. 10 gün fasilə verdikdən sonra müalicəni yenidən təkrarlamaq olar.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
17-02-2022