Nazir feysbukda canlı yayım edib.
"Əgər təhsil sistemində olan insanların 80 faizdən çoxu vaksin olunarsa, 2021-2022-ci tədris ilində tam ənənəvi tədrisə qayıtmaq mümkün olacaq".
TurpKimi.com Axar.az-a istinadla xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.
O bildirib ki, yeni tədris ili ilə bağlı gözləntilər yenə də pandemiyanın ümumi vəziyyətindən asılıdır.
TurpKimi.com