Enerji içkiləri insan orqanizminə necə təsir edir?


Tərkibində olanların hamısı böyük miqdardadır...

enerji-ickileri-insan-orqanizmine-nece-tesir-edir
23.07.2024 00:42 1 dəq oxuma

Son illər enerji içkilərinin satışı xeyli artıb. İstehlakçıların demək olar ki, yarısı onları həftədə bir neçə dəfə içir və bu içkini içənlərin böyük əksəriyyəti 18-34 yaş arası yeniyetmələr və kişilərdir.

“Vox” nəşri yazır ki, İctimai Maraqlar üçün Elm Mərkəzi 2004-2014-cü illər arasında bu məhsullarla bağlı 34 ölüm hadisəsini hesablayıb. Enerji içkiləri içən insanların böyük əksəriyyəti yuxusuzluq, qıcolmalar, narahatlıq, mədə-bağırsaq pozğunluğu kimi digər xoşagəlməz təsirlərlə qarşılaşırlar.

Enerji içkilərinin tərkibində müxtəlif stimullaşdırıcı maddələr var. Böyük miqdarda şəkərdən əlavə, demək olar ki, bütün enerji içkilərində kofein var. Onların bir çoxuna quarana da daxildir. Digər ümumi tərkib isə taurindir.

Orta dərəcədə kofein insanlara özünü daha ayıq və enerjili hiss etməsinə kömək edir. Böyük miqdarda olduqda əsəbilik, ürəkbulanma və titrəmə kimi mənfi təsirləri yaranır. Bundan əlavə, enerji içkilərindəki kofeinin miqdarı çox dəyişir.

Enerji içkiləri bir sıra narahatlıq doğuran sağlamlıq təsirləri ilə əlaqələndirilsə də, ən böyük narahatlığı onların ürək-damar sisteminə, xüsusən də ürəyin ritminə təsiridir. Bir sıra tədqiqatlar göstərir ki, enerji içkiləri ürək döyüntüsünü və qan təzyiqini artırır ki, bu da ekstremal hallarda qan damarlarında spazmlara, yırtıqlara və ya qanın laxtalanmasına səbəb olur. Bu içkilər yüksək risk altında olan bəzi insanlarda ürək dayanmasına səbəb ola biləcək ürək problemlərinə gətirib çıxarır.

Firuzə Alimova / TURPKİMİ.COM