Enerji içkiləri qanı laxtalandırır - DİQQƏT!


Enerji içkiləri fikirli və durğun olduğunuz zaman istifadə edilə bilər, amma gec-gec...

enerji-ickileri-qani-laxtalandirir
14.11.2022 00:24 1 dəq oxuma

Mütəxəssislər bildirir ki, araşdırmalara görə enerji içkilərinin yarada biləcəyi mənfi təsirləri gözardı etmək olmaz.

TurpKimi.com-un məlumatına görə, bu barədə Həkim İrina Andreyeva “medikforum.ru”a açıqlamasında qeyd edib ki, qanda laxtalanma özünü iki səbəbdən göstərə bilər: biri qanaxmaya cavab olaraq formalaşır, digəri isə ciddi ürək-damar çatışmazlığı olanda yaranır. Enerji içkiləri isə içildikdən bir saat sonra qanın laxtalanmasına səbəb olur.

“Enerji içkiləri qanın laxtalanmasına səbəb olan təsiredici mexanizmlərlə zəngindir. Tədqiqatlar göstərir ki, məşhur içkilərin istehlakı müxtəlif ürək-damar fəsadlarına səbəb olur. Bunlara ürək aritmiyaları və miokard infarktı, qanın laxtalanması kimi fəsadlar daxildir. Bəs enerji içkilərində qanın laxtalanmasına gətirib çıxaran nələr var? İçkilərdə yüksək səviyyədə kofein, taurin və digər stimulyatorlar var ki, bu da qanın laxtalanmasına səbəb olur”, - deyə həkim İrina Andreyeva qeyd edib.

Firuzə Alimova / TurpKimi.com