Əriyib yenidən donan dondurmanı yedikdə nə baş verir? - DİQQƏT!


Mövsümə görə diqqət etməli olduğumuz vacib məqamdır.

eriyib-yeniden-donan-dondurmani-yedikde-ne-bas-verir
05.07.2020 19:23 2 dəq oxuma

Yay fəslində uşaqlarda ishal halları getdikcə artmağa başlayıb. Buna başlıca səbəb onların sevimli qidası dondurmadır. Çünki yay aylarında dondurma kimi qidaların tez əriməsi xarab olmasına zəmin yaradır. Bu da özünü ishalla göstərir. İshala yol açan təsirlər arasında virus, bakteriya və parazitlər əhəmiyyətli rol oynayır. Lakin ishal hallarında viruslar ön plandadır və sulu ifrazat halında özünü göstərməkdədir. Bu, uşaqların orqanizmində su itkisinə gətirib çıxarır.

Su itkisi əvvəlcə uşaqları halsızlaşdırır, daha sonra hərəkətsizləşdirərək süurun itirilməsinə kimi gətirib çıxarır. Lazımi tədbirlər görülmədikdə ishal uşağın həyatını təhlükə altına atır. Hətta həkimə gec gətirilən uşaqlarda su itkisi bərpa edilsə də itirilən elektrolitlər orqanizmdə bəzi pozulmaların qalmasına səbəb olur.

Unutmayaq ki, ishal keçicidir. Xüsusilə də birgə istifadə olunan yerlərdə, tualet və hovuzlarda əl təmizliyinə diqqət edilmədikdə mikrobun yayılması asanlaşır.

Odur ki, yay aylarında dondurma yeyərkən çox diqqətli olmaq lazımdır. Açıq şəkildə satılan dondurmaları yeməkdən uzaq durun, qapalı formada satılan dondurmaların soyuducusunun daim işlək vəziyyətdə olmasına fikir verin. Süd məhsulları isti havalarda tez xarab olduğu üçün dondurmanın əriyib yenidən dondurulduğunu görsəniz alıb yeməyin.

İshal olanda nə etməli?

İlk olaraq orqanizmin suya olan ehtiyacı qarşılanmalı və qidalanmaya fikir verilməlidir. Yağsız və lifsız qidalara üstünlük verilməli, bağırsaqları az işlədən düyü, kartof kimi qidalarla qidalanmaq lazımdır. İshal zamanı qusması olmayan uşağın müalicəsi daha asandır. Əgər uşaq çox halsızlaşıb və artıq ağız yolu ilə su qəbul edə bilmirsə, vaxt itirmədən həkimə müraciət edib damar yolu ilə mayenin bədənə ötürülməsinə başlamaq lazımdır.

Firuzə Alimova / TurpKimi.com